Blinken NATO-nun Rusiya ilə bağlı planlarından danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
Şimali Atlantika Alyansı heç vaxt Rusiyaya qarşı planlar qurmayıb və gələcəkdə də bunu etməyəcək.
Belə bir bəyanatla ABŞ dövlət katibi Entoni Blinken Səudiyyə Ərəbistanında keçirilən Dünya İqtisadi Forumunun tədbirində çıxış edib.
“Əvvəl də qeyd etdiyim kimi, NATO müdafiə alyansıdır. Onun Rusiyaya qarşı heç bir qərəzli niyyəti yoxdur, heç vaxt olmayıb və olmayacaq”, – deyə E.Blinken bildirib.
O həmçinin qeyd edib ki, Şimali Atlantika Alyansı əvvəlkindən daha güclü və böyükdür, çünki Finlandiya və İsveç alyansa daxil olub.
Qeyd edək ki, 2023-cü ilin iyulunda Vilnüsdə keçirilən sammitdə NATO liderləri Rusiyanı təhlükəsizliyə ən ciddi və birbaşa təhdid adlandırıblar və Rusiya ilə münaqişə olacağı təqdirdə Soyuq müharibənin bitməsindən sonra ilk müdafiə planını təsdiqləyiblər.
#Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) teqi istifadə olunub
- Kiyev ittifaqa üzvlüyün əvəzinə konkret təminatların verilməsini istəyir
- Ukraynanın aqibəti necə olacaq? - ABŞ-nin əsas planları
- Toqquşan maraqlar, gələcək planlar | Kiyevin təhlükəsizliyini kim təmin edəcək? - Baku TV
- Bakıda keçirilən NATO təlimi başa çatdı | Hərbi qulluqçuların hazırlığı qiymətləndirildi - Baku TV
- Azərbaycan və NATO arasında növbəti təlim mərhələsi yekunlaşdı - Baku TV CANLI
