Blinkenə gözlənilməz sual | Niyə bu məsələlərdə ədalətsizsiniz?
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin dövlət katibi Entoni Blinkenin keçirdiyi mətbuat konfransında jurnalistlərdən biri ona maraqlı sual ünvanlayıb.
Media nümayəndəsi Vaşinqtonun hansı səbəbdən dünya ölkələrinə ikili standartla yanaşdığını və ədalətsiz davrandığını soruşub. Dövlət katibi bu sual qarşısında səssiz qalmayıb və ölkəsinin mövqeyini müdafiə edib.
“Biz ölkələrə ikili standartla yanaşırıq? Xeyr. Bu hesabatdan da aydın olduğu kimi, biz bütün dünyada insan hüquqlarına və ümumi vəziyyətə nəzər salarkən hamıya eyni şərtləri tətbiq edirik. Bu şərtlər isə sözügedən ölkənin bizimlə dost, rəqib və ya müttəfiq olmasından asılı olaraq dəyişmir. Bu bizim üçün çox vacibdir.
Qəzza məsələsinə gəldikdə isə birincisi, biz müharibənin başladığı ilk gündən bəri mülki şəxslərin müdafiəsini artırmaq, habelə ehtiyacı olan qəzzalılara humanitar yardımın çatdırılmasını asanlaşdırmaq üçün əlimizdən gələni etməyə çalışırıq.
İnsan haqlarının pozulması və beynəlxalq humanitar hüququn pozulması məqamları ilə bağlı isə onu deyə bilərəm ki, hazırda departament daxilində qaldırılan bir sıra məsələlər var. Həmin proseslər hələ də davam edir”, – o bildirib.
#ABŞ teqi istifadə olunub
- Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
