BMT ABŞ-dən gedəcək? – Trampdan açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp Birləşmiş Millətlər Təşkilatının qərargahının Nyu-Yorkdan köçürülməsinə qarşı olduğunu bildirib.
Tramp bu barədə "Politico" qəzetinə müsahibəsində danışıb.
"Bunun uyğun olduğunu düşünmürəm. BMT Nyu-Yorkdan getməyəcək, ABŞ-dan getməyəcək, çünki BMT-nin çox böyük potensialı var", – deyə ABŞ lideri bildirib.
Tramp həmçinin bildirib ki, BMT-nin maliyyə problemləri təşkilatın üzvlərini üzvlük haqqı borclarını ödəməyə məcbur etməklə həll oluna bilər.
"Əgər onlar Trampın yanına gəlsəydilər və ona desəydilər, mən hamını ödəniş etməyə məcbur edərdim, elə NATO-nu ödəniş etməyə məcbur etdiyim kimi", – deyə ABŞ Prezidenti vurğulayıb.
O eyni zamanda ABŞ-nin öz borcunu ödəyib-ödəməyəcəyini dəqiqləşdirməyib.
#Birləşmiş Millətlər Təşkilatı (BMT) teqi istifadə olunub
- BMT münaqişə zonalarında uşaqların vəziyyətindən narahatdır
- Süni intellektin dezinformasiya riski müzakirə olundu - Baku TV
- İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib
- Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
- Ərzaq problemi daha da dərinləşir | BMT həyəcan təbili çalır - Baku TV CANLI
