Pleyeri seçin:

BMT Afrikanı real ölçülərdə göstərən xəritəyə keçidi artıq rəsmən dəstəkləyir - Baku TV

06 sentyabr 2026 195 baxış

Dünya xəritəsi dəyişməsə də, onun necə təsvir olunması ilə bağlı yeni mərhələ başlayır.

BMT Baş Assambleyası qitələrin həqiqi ölçülərini daha düzgün göstərən xəritə proyeksiyasının geniş istifadəsini təşviq edən qətnamə qəbul edib.

Afrika ölkələrinin təşəbbüsü ilə hazırlanan “Xəritəni düzəlt” adlı qətnaməni 164 ölkə dəstəkləyib, altı ölkə bitərəf qalıb. ABŞ isə sənədin əleyhinə səs verən yeganə ölkə olub.

Məsələ uzun illərdir istifadə edilən Merkator proyeksiyasındakı ölçü fərqləri ilə bağlıdır. Naviqasiya üçün əlverişli hesab olunan bu xəritədə qütblərə yaxın ərazilər olduğundan daha böyük görünür. Nəticədə, Afrika real ölçüsündən xeyli kiçik təsvir edilir.

Məsələn, xəritədə Qrenlandiya Afrika ilə demək olar ki, eyni ölçüdə görünür. Əslində isə Afrika Qrenlandiyadan təxminən 14 dəfə böyükdür.

Qətnamə daha real təsvir imkanları verən “Equal Earth” proyeksiyasının məktəblərdə, mediada, dərsliklərdə və rəqəmsal platformalarda istifadəsinin təşviqini nəzərdə tutur. Sənəd hüquqi baxımdan məcburi deyil və Merkator proyeksiyasının naviqasiyada istifadəsini məhdudlaşdırmır.

Vaşinqton təşəbbüsü ideoloji gündəm kimi qiymətləndirərək qətnaməyə qarşı çıxıb. Afrika ölkələri isə qərarı qitənin real ölçüsünün və qlobal əhəmiyyətinin daha düzgün təqdim olunması baxımından tarixi addım hesab edir.

Banner
Dövlət qulluqçuları niyə qətlə yetirildi? - Almaniyada qorxulu anlar - Baku TV CANLI

Dövlət qulluqçuları niyə qətlə yetirildi? - Almaniyada qorxulu anlar - Baku TV CANLI

Dünya
09 oktyabr 2026 195 baxış
Rusiya–Ukrayna müharibəsi genişlənə bilər? | ABŞ dövlət katibindən diqqətçəkən açıqlama

Rusiya–Ukrayna müharibəsi genişlənə bilər? | ABŞ dövlət katibindən diqqətçəkən açıqlama

Dünya
09 oktyabr 2026 195 baxış
İrana zərbələrlə bağlı Trampın açıqlamasında seçki detalı diqqət çəkdi

İrana zərbələrlə bağlı Trampın açıqlamasında seçki detalı diqqət çəkdi

Dünya
09 oktyabr 2026 195 baxış
Startaplar dövlət xidmətlərindən operativ yardım alır

Startaplar dövlət xidmətlərindən operativ yardım alır

Dünya
09 oktyabr 2026 195 baxış
Keçmiş prezident siyasi rəqiblərinə işgəncə verməkdə günahkar bilinir

Keçmiş prezident siyasi rəqiblərinə işgəncə verməkdə günahkar bilinir

Dünya
09 oktyabr 2026 195 baxış
Elektrik böhranı sənətçiləri səhnədən uzaqlaşdıra bilməyib

Elektrik böhranı sənətçiləri səhnədən uzaqlaşdıra bilməyib

Dünya
09 oktyabr 2026 195 baxış
Pilotsuz kombaynlar düyü zəmilərində məhsul toplayır

Pilotsuz kombaynlar düyü zəmilərində məhsul toplayır

Dünya
09 oktyabr 2026 195 baxış
Qədim istehkam turistləri cəlb edir

Qədim istehkam turistləri cəlb edir

Dünya
09 oktyabr 2026 195 baxış
32 və 36 yaşlı şəxs hərbi bazaya qanunsuz daxil olub

32 və 36 yaşlı şəxs hərbi bazaya qanunsuz daxil olub

Dünya
09 oktyabr 2026 195 baxış
Vaşinqton 17 tanker və 20-yə yaxın şirkəti hədəfə alıb

Vaşinqton 17 tanker və 20-yə yaxın şirkəti hədəfə alıb

Dünya
09 oktyabr 2026 195 baxış
Seçilmişlər
icon