BMT-dən Türkiyə üçün 1 milyardlıq çağırış
Yeniliklərdən dərhal xəbərdar olun
Birləşmiş Millətlər Təşkilatı Türkiyədə baş verən dağıdıcı zəlzələlərin nəticələrinin aradan qaldırılması üçün 1 milyard dollar toplanması məqsədilə təşkilata üzv dövlətlərə müraciət edib.
Bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin mətbuat xidməti məlumat yayıb.
“BMT humanitar təşkilatların Türkiyədəki fəlakətli zəlzələlərdən zərər çəkən 5 milyondan çox insana kömək edə bilməsi məqsədilə 1 milyard dollar toplamaq üçün təcili müraciət edib”, - deyə məlumatda bildirilir.
BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffitsin sözlərinə görə, belə çətin bir zamanda türk ailələrinə dəstək olmaq, onlara kömək göstərmək lazımdır.
Sənəddə maliyyələşmənin 5,2 milyon nəfərə yönəldiləcəyi göstərilir. Vəsait yardım təşkilatlarına mənzil, ərzaq təhlükəsizliyi və təhsil sahələrində hökumətin səylərini dəstəkləmək üçün öz fəaliyyətlərini sürətlə artırmağa imkan verəcək.
#Türkiyə teqi istifadə olunub
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
