BMT hərəkətə keçdi: Qəzzada həlak olan azyaşlıların ümumi sayı açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
“Qəzza uşaqlar üçün dünyanın ən təhlükəli yeridir”.
Bu sözləri BMT-nin Uşaq Fondunun icraçı direktoru Ketrin Rassel İsrail-HƏMAS münaqişəsi ilə bağlı çıxışı zamanı deyib.
Bildirib ki, cəmi 46 gündə 5 min 300 fələstinli uşaq öldürülüb. Bu isə gündə 115 uşaq deməkdir. Qəzzada ölənlərin 40 faizini uşaqların təşkil etdiyini deyən xanım direktor qeyd edib ki, belə bir hala heç vaxt rast gəlinməyib.
Fondun icraçı direktoru onu da əlavə edib ki, İordan çayının qərb sahilində ümumilikdə 450 min uşağın humanitar yardıma ehtiyacı var. Qeyd olunub ki, təşkilat tərəfdaşları ilə birgə bölgədə bu günə qədər 280 000 azyaşlını psixoloji sağlamlıq, bərpaedici təhsil və başqa yardımlarla təmin edib.
Tədbirdə çıxış edən UNİCEF-in fələstinli diplomatı Riyad Mənsur isə İsrail-HƏMAS münaqişəsinin dayandırılması üçün tərəflərə müraciət edib və onları sülh yolu ilə məsələni həll etməyə çağırıb.
Birləşmiş Ərəb Əmirliklərinin ABŞ-dəki səfiri Lana Zəki isə çıxışında bölgədəki uşaqlar üçün təşkilat üzvlərinə çağırış edib: “Bu bölgənin əhalisi sülhə layiqdir. Bunu isə yalnız danışıqlar yolu ilə əldə etmək mümkündür. Mən tərəfləri davamlı sülh yolunda ilk addım kimi humanitar atəşkəsdən başlayaraq bu çağırışa qulaq asmağa çağırıram. Mən sizi Təhlükəsizlik Şurasının üzvləri kimi uşaqlar üçün bu fəlakətə son qoymaq üçün əlinizdən gələni etməyə səsləyirəm”.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu Qəzzada təxminən 800 min uşağın evindən didərgin düşdüyünü bildirib. Fondun sözçüsü Ceyms Elder bölgədə təmiz suyun məhdudlaşdırılması davam etdikcə, ölən uşaqların sayında faciəvi artım olacağını istisna etməyib.
#Birləşmiş Millətlər Təşkilatı (BMT) teqi istifadə olunub
- BMT münaqişə zonalarında uşaqların vəziyyətindən narahatdır
- Süni intellektin dezinformasiya riski müzakirə olundu - Baku TV
- İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib
- Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
- Ərzaq problemi daha da dərinləşir | BMT həyəcan təbili çalır - Baku TV CANLI
