Böyük Britaniyadan İrana xəbərdarlıq | Qiyamçıların qarşısını alın
Yeniliklərdən dərhal xəbərdar olun
İranın İraqın Ərbil şəhərinə endirdiyi raket zərbələri nəticəsində Böyük Britaniya vətəndaşı ölüb.
Bu barədə Birləşmiş Krallığın Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, nazir Devid Kemeron Davosda iranlı həmkarı Hüseyn Əmir Abdullahianla görüşüb.
O, iranlı həmkarından Tehranın nüfuzundan istifadə edərək Yəməndə husilərin fəaliyyətinin qarşısını almağa çağırıb. O, husi qiyamçılarının Qırmızı dənizdə gəmilərə hücumunu qanunsuz və qəbuledilməz adlandırıb.
D.Kemeron görüşdə İranı husiləri silahlandırmaqda ittiham edib. O vurğulayıb ki, Tehran regionda yaranmış mövcud vəziyyətdən başqa ölkələrin suverenliyinə hücumları üçün pərdə kimi istifadə etməyi dayandırmalıdır.
Xatırladaq ki, yanvarın 16-da İran İraqın Ərbil şəhərini raket atəşinə tutub, 4 nəfər ölüb, 7 nəfər yaralanıb.
#İraq teqi istifadə olunub
- İraqdan kritik qərar | Yaxın Şərqdəki xaos yeni gərginliyə səbəb oldu - Baku TV CANLI
- İraq neftinin daşınması ilə bağlı təklif nəyi nəzərdə tutur?
- Koalisiyanın missiyası başa çatır | Qərarın əsl qazananı kim olacaq? - Baku TV
- Trampın elan etdiyi missiyanın sonu İraq üçün nə deməkdir?
- İranla İraqın razılaşması uçuşlara necə təsir etdi?
