Pleyeri seçin:
Britaniya şahzadəsindən gözlənilməz etiraf
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının şahzadəsi Harri Əfqanıstandakı xidmət dönəmində 25 nəfəri öldürdüyünü etiraf edib.
“Daily Telegraph” nəşri yazır ki, bu barədə şahzadənin hələ çapdan çıxmamış memuarlarında deyilir. O, Əfqanıstandakı döyüşlərdə öldürdüyü talibançıları "bəşəriyyətin düşmənləri" adlandıraraq, onlarla mübarizənin insanlığa qarşı cinayətə görə qisas aktı olduğunu bildirib.
"Ölkəmə qayıtmağı arzulayırdım, amma bundan da çox vicdanı təmiz geri dönmək istəyirdim", - deyə Harri yazıb.
Qeyd edək ki, şahzadə Harri 2007-2008 və 2012-2013-cü illərdə Əfqanıstanda xidmət keçib.
Kopyalandı
