Bu dəfə hədəf neft ixracatçıları ilə silah istehsalçılarıdır
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi İranın neft ixracatçılarına və silah istehsalçılarına qarşı sanksiyalar tətbiq edib.
Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Sanksiyalar İran neftinin və neft məhsullarının qanunsuz satışında, həmçinin ballistik raketlərin və müasir adi silahların istehsalında iştirak edən 30-dan çox fiziki və hüquqi şəxsə, eləcə də gəmilərə şamil edilib.
Xüsusi diqqət İranın kölgə donanmasına daxil olan gəmilərə yönəldilib. Bu donanma nefti xarici bazarlara daşıyır və rejimin daxili repressiv aparatının maliyyələşdirilməsi, terror qruplaşmalarına dəstək və silah proqramlarının həyata keçirilməsi üçün əsas gəlir mənbəyi hesab olunur.
Bundan əlavə, İslam İnqilabı Keşikçiləri Korpusunu və İranın Müdafiə Nazirliyini raket və pilotsuz uçuş aparatlarının istehsalının bərpası üçün material və avadanlıqla təmin edən, o cümlədən PUA-ların üçüncü ölkələrə ixracı daxil olmaqla fəaliyyət göstərən şəbəkələrə qarşı tədbirlər görülüb.
2025-ci ildə kampaniya çərçivəsində Xarici Aktivlərə Nəzarət İdarəsi artıq İranın 875-dən çox şəxsinə, gəmisinə və hava gəmisinə qarşı sanksiya tətbiq edib.
#ABŞ Maliyyə Nazirliyi teqi istifadə olunub
- İrana qarşı iqtisadi təzyiq siyasətində aviasiya sektoru da hədəfə alındı - Baku TV CANLI
- Vaşinqton Tehrana qarşı sanksiyaları sərtləşdirir
- ABŞ-Çin danışıqlarında ticarət və süni intellekt məsələləri geniş müzakirə olundu - Baku TV
- ABŞ-nin irəli sürdüyü tələb mümkün razılaşmanın taleyini dəyişə bilər - Baku TV
- ABŞ-nin dövlət borcu ilə bağlı məlumatlar yalandır?
