Bu ərazilərə görə razıdırlar ki... | Gevorqyandan türklər və ərəblər barədə qalmaqallı iddia
Yeniliklərdən dərhal xəbərdar olun
“Son zamanlarda çox sayda türklər və ərəblər Türkiyə ilə sərhəddə yerləşən Marqara kəndində yarım milyon dollar ödəyib torpaq və ev alırlar”.
Bunu Ermənistanın Milli Heykəltəraşlıq Muzeyinin təsisçi direktoru Artur Gevorqyan deyib.
Onun sözlərinə görə, həmin şəxslər əmlak alışını diaspor erməniləri vasitəsilə həyata keçirirlər:
“Bu, ilk dəfə deyil, artıq bir neçə ildir ki, eyni hal müşahidə olunur. Ərəblər oradakı evlərin qarşılığında istənilən məbləği ödəməyə hazırdırlar, Türkiyə ilə sərhəddən mülk alırlar. Bölgədə yaşayan insanlar da evlərini, torpaqlarını satıb gedirlər. Lakin ən çox alış-verişi Avropada yaşayan türklər 2012-ci ildən bəri edirlər. Alınan bu mənzillərin çoxu lüks evlər, villalardır. Ermənistanda bir çox əcnəbi millətlərin nümayəndələri ev alırlar, amma aralarında türklərin olması diqqət çəkir. Bir müddət əvvəl Şirak vilayətində də əmlak alan türklər vardı. Maraqlıdır ki, aidiyyəti qurumlar bunu təkzib etmirlər”.
#Türkiyə teqi istifadə olunub
- Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
