Pleyeri seçin:
Bu hücum sübut etdi ki... | Zelenski xalqa söz verdi
Ukraynanın Krivoy Roq şəhəri kütləvi hücumlara məruz qalıb.
Bu barədə şəhər administrasiyasının rəhbəri Aleksandr Vilkul məlumat verib.
Bildirib ki, hadisə nəticəsində 9 nəfər həlak olub, 32 nəfər yaralanıb.
Onun sözlərinə görə, zərərçəkən şəxslərə ilkin tibbi yardım göstərilərək xəstəxanalara yerləşdirilib.
Ukrayna Prezidenti Volodimir Zelenski aviazərbələr nəticəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.
Qeyd edib ki, bu hadisə Kiyevin hava hücumundan müdafiəsinin gücləndirilməsinin nə qədər zəruri olduğunu bir daha sübut edir. Ölkə rəhbəri həmçinin sözügedən silahların mülki şəxsləri və şəhəri daha yaxşı qoruyacağını da vurğulayıb.
Kopyalandı
#Ukrayna teqi istifadə olunub
- Logistika dağıldı, ehtiyatlar azalır | Zərbələr əhalinin dərman yolunu necə kəsdi? - Baku TV
- Dərman anbarlarına zərbələr apteklərdə hansı böhrana yol açacaq? - Baku TV CANLI
- Daha bir azərbaycanlı dronun qurbanı oldu - ANA XƏBƏR
- Qırıcı razılaşması və milyardlıq dəstəkdən sonra Kiyevə hansı xəbər gələcək? - Baku TV CANLI
- Ukraynadan 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün Azərbaycana gətirilib - Baku TV
