Pleyeri seçin:

Bu il Türkiyədə neçə qadın qətlin qurbanı oldu? | Dəhşətli statistika açıqlandı

11 oktyabr 2024 374 baxış

Qadınlara qarşı bir sıra amansız hücumlar Türkiyədə qəzəb və etirazlara səbəb olub. Prezident Rəcəb Tayyib Ərdoğan ictimai təzyiqlərə cavab olaraq cinayət qanunlarını sərtləşdirməyə söz verib.

Bu barədə “Politico” məlumat yayıb.

“Türkiyədə qadınlara qarşı zorakılıq ciddi problem olaraq qalır. Bu il 300-ə yaxın qadın qətlin qurbanı olub. Etirazçılar hakim Ədalət və İnkişaf Partiyasını qınayır, qadınların müdafiəsinin hökumətin prioritet vəzifəsi olmadığını iddia edirlər.

Bu yaxınlarda ictimaiyyəti sarsıdan üç qətl xüsusilə rezonans doğurub. Müxtəlif şəhərlərdə cinayətkarların cəzasız qalmasına son qoyulması və zorakılığın dayandırılması tələbi ilə yürüşlər keçirilib.

Ən sarsıdıcı hadisə isə 19 yaşlı İqbal Uzunərin başının kəsilməsi olub, qatil sonradan intihar edib. Həmin gün cinayətkar tərəfindən boğazı kəsilmiş daha bir qadın Ayşənur Xəlil öldürülüb. Bundan bir neçə gün əvvəl sentyabrda 26 yaşlı polis qadın öldürülüb.

R.T.Ərdoğan AKP-nin parlament qrupunda çıxış edərək qadınların öldürülməsi, o cümlədən polisin şəhid olmasının cəmiyyətdə ədalətli reaksiya doğurduğunu deyib. O, cəzaları sərtləşdirəcəyini və məhkumların vaxtından əvvəl azad edilməsini dayandıracağını vəd edib”, – məlumatda deyilir.

Qeyd edək ki, Türkiyə 2021-ci ildə qadınlara qarşı zorakılıqla mübarizəni nəzərdə tutan İstanbul Konvensiyasından çıxıb. R.T.Ərdoğan o zaman bildirmişdi ki, konvensiya ənənəvi ailə dəyərlərini təhdid edir. Çünki konvensiya LGBTQ+ hüquqlarını da qoruyur.

Banner
Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Dünya
28 oktyabr 2026 374 baxış
Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 374 baxış
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 374 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 374 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 374 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 374 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 374 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 374 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 374 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 374 baxış
Seçilmişlər
icon