Bu müəmmalı yanğın dünya gündəmini silkələdi | Film kimi hadisə
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin Aydaho ştatında yerləşən Kenfild dağında meşə yanğını baş verib.
Yanğını söndürməyə gələn xilasedicilər snayper tərəfindən atəşə tutulub. İki nəfər ölüb. Hadisə yerində odlu silahı olan kişi meyiti də tapılıb.
Şerif Bob Norrisin sözlərinə görə, polis və yanğınsöndürənlər əraziyə gəldikdə snayper onları atəşə tutub.
“Snayper tüfəngi və atəş açan peşəkar olub. Sıx meşəlikdə gizləndiyi üçün cavab atəşi ilə onu susdurmaq çətin idi”, ‒ deyən şerif əlavə edib ki, xüsusi təyinatlıların tapdığı meyitin əlində tapança olub. Lakin atəş snayper tüfəngindən açılıb.
Cinayətkarın iz itirmək üçün bir nəfəri də öldürüb, meyitini orada saxladığı istisna edilmir.
Yanğının isə xilasediciləri tələyə salmaq üçün qəsdən törədildiyi ehtimal olunur. Faktla bağlı araşdırma aparılır.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
