Bu ölkə savaşa görün necə "qoşulacaq" | Ağ Ev Ukraynanı meydanda tək qoydu?
Yeniliklərdən dərhal xəbərdar olun
Böyük Britaniya Ordusunun ehtiyatda olan hərbçisi Ben Leo Bercess Ukraynadakı müharibədə ölüb.
O, pilotsuz uçuş aparatlarının operatoru kimi xidmət göstərirdi. Onun Sumıda həlak olduğu bildirilir.
2022-ci ildən könüllü olaraq Ukrayna Ordusunda xidmətə başlayan 33 yaşlı Bercessin dostu, “Əzrail” ləqəbli digər britaniyalı könüllü deyib ki, o, ən yaxşı pilotlardan biri idi:
“Bizim alayda iki əcnəbi döyüşçü var idi. Bercess Ukraynanın azadlığı uğrunda öldü, mən tək qaldım”.
Qeyd edək ki, britaniyalı döyüşçü Kiyevdə dəfn olunub.
Bu arada, ABŞ Ukraynanın hava hücumundan müdafiə sistemi üçün raket çatdırılmasını dayandırıb. Məlumat Ağ Evdən təsdiqlənib, amma şərh olunmayıb. Latviya isə Ukraynaya 42 zirehli maşın göndərməyi təsdiqləyib. Hərbi yardıma başqa silah-sursat da daxildir.
#Böyük Britaniya teqi istifadə olunub
- Hörmüz boğazının açılması Avropa üçün prioritetə çevrilib - Baku TV
- Fırtına nəticəsində 2 nəfər ölüb, 90 min ev işıqsız qalıb
- Böyük Britaniyada 1500-dən çox aviareys təxirə salınıb, fırtına 82 min evin elektrik təchizatını kəsib
- Londondan müharibə xəbərdarlığı
- Böyük Britaniya mümkün müharibəyə hazırlıq üçün konkret zaman müəyyənləşdirib - Baku TV CANLI
