Bu ölkələr Rusiyaya qarşı birləşir | 3-cü Dünya müharibəsi necə gerçəkləşəcək?
Yeniliklərdən dərhal xəbərdar olun
“NATO-nun Baltik dənizindəki “Baltops-2025” hərbi təlimləri alyansın Rusiya ilə toqquşmaya hazırlığının bir hissəsidir”.
Bunu TASS-a Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko açıqlayıb.
“Bu təlimin gedişatına baxanda görmək olur ki, manevrlər şərti düşmənlə mübarizə xarakteri daşıyır. Şərti düşmən isə Rusiyadır. Belə təlimlər provokasiyadır”, – deyə A.Qruşko bildirib.
Qeyd edək ki, NATO-nun təlimləri iyunun 3-də başlayıb. 1972-ci ildən Baltik dənizində keçirilən təlimlər əvvəllər hərbi hazırlıq, güc nümayişi kimi yozulsa da, hazırda savaş ehtimallarını artırır. Çünki Qərb kəşfiyyatı Ukraynada atəşkəsə nail olunduqdan sonra Rusiya-NATO savaşının başlayacağını proqnoz edib.
Ukrayndakı müharibəyə paralel isə Baltik dənizi ətrafında da müəyyən hərəkətlənmələr qeydə alınıb. Daha əvvəl də xəbər verdiyimiz kimi, peyk görüntülərindən sonra analitiklər Rusiyanın Finlandiya sərhədlərində istehkamlar tikdiyi qənaətinə gəliblər. Estoniya, Latviya və Litva da bu səbəbdən sərhəddə təhlükəsizliyi gücləndirir.
#Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) teqi istifadə olunub
- Kiyev ittifaqa üzvlüyün əvəzinə konkret təminatların verilməsini istəyir
- Ukraynanın aqibəti necə olacaq? - ABŞ-nin əsas planları
- Toqquşan maraqlar, gələcək planlar | Kiyevin təhlükəsizliyini kim təmin edəcək? - Baku TV
- Bakıda keçirilən NATO təlimi başa çatdı | Hərbi qulluqçuların hazırlığı qiymətləndirildi - Baku TV
- Azərbaycan və NATO arasında növbəti təlim mərhələsi yekunlaşdı - Baku TV CANLI
