Bu ölkələr Ukrayna üçün uzaqmənzilli silah istehsalını artırır
Yeniliklərdən dərhal xəbərdar olun
Böyük Britaniya, Fransa və Almaniya Ukrayna üçün uzaqmənzilli silah sistemlərinin istehsalı sahəsində əməkdaşlığı gücləndirmək barədə razılığa gəlib.
Bu barədə Londonda Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirilən danışıqlardan sonra "Avroüçlük" ölkələrinin liderlərinin birgə bəyanatında bildirilib.
Sənəddə qeyd olunur ki, tərəflər Ukrayna Silahlı Qüvvələrinin gələcək dayanıqlılığını təmin etmək məqsədilə raket əleyhinə müdafiə sistemlərinin və uzaqmənzilli silahların birgə hazırlanmasının vacibliyini vurğulayıblar.
"Liderlər tutucu raketlərin istehsalının təcili şəkildə artırılmasının, həmçinin raket əleyhinə silah sistemləri və uzaqmənzilli silahların birgə hazırlanmasının zəruriliyini vurğulayıblar", – bəyanatda deyilir.
Bəyanata əsasən, bu addımlar Ukrayna Ordusunun müdafiə imkanlarının uzunmüddətli perspektivdə gücləndirilməsinə xidmət edəcək.
#Böyük Britaniya teqi istifadə olunub
- Hörmüz boğazının açılması Avropa üçün prioritetə çevrilib - Baku TV
- Fırtına nəticəsində 2 nəfər ölüb, 90 min ev işıqsız qalıb
- Böyük Britaniyada 1500-dən çox aviareys təxirə salınıb, fırtına 82 min evin elektrik təchizatını kəsib
- Londondan müharibə xəbərdarlığı
- Böyük Britaniya mümkün müharibəyə hazırlıq üçün konkret zaman müəyyənləşdirib - Baku TV CANLI
