Pleyeri seçin:

Bu ölkələrin silah ehtiyatları tükənir | Putin güzəştə gedəcək, yoxsa...?

14 avqust 2025 642 baxış

ABŞ Prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putinin Alyaskada keçiriləcək görüşünü dəyərləndirən analitiklər ikincinin sülhün əldə olunmasında maraqlı olmadığından ehtiyat edirlər.

Bu barədə “The Telegraph” məlumat yayıb.

Ekspertlərin fikrincə, Rusiya qeyri-müəyyən müddətə döyüşməyə hazırdır, V.Putin silah və canlı qüvvə baxımından Ukraynanı məğlub edə biləcəyinə əmindir:

“V.Putin Ukrayna təslim olana qədər döyüşməyə hazırdır. Rusiya Baş Qərargahının hesablamalarına görə, ABŞ və Avropanın hərbi yardımını nəzərə alsaq belə, döyüş potensialında Rusiyanın Ukrayna üzərində əhəmiyyətli üstünlüyü Moskvaya Kiyev və onun Qərb tərəfdaşlarından daha uzun müddət dayanmağa imkan verəcək”.

Nəşr iddia edib ki, Rusiyada işçi qüvvəsi, silah arsenalı və hərbi sənaye potensialı çatışmazlığı yoxdur:

“Ukrayna isə lazımi silah sistemləri və sursat çatışmazlığı ilə üzləşib. ABŞ və Avropanın arsenalları da tükənir. Bundan başqa, Ukrayna əsgərinin orta yaşı 45-ə çatıb”.

Nəşr qeyd edib ki, Pentaqonun bu yaxınlarda Ukraynaya silah tədarükünü dayandırması ABŞ-nin hərbi toqquşma ehtimalına qarşı öz silah ehtiyatlarından narahat olması deməkdir:

“Bu vəziyyət göstərir ki, Ukrayna illərlə əlavə silah tədarükünə ümid edə bilməz. Əksinə, V.Putin bütün müharibə boyu qüvvələrini həm açıq, həm də gizli şəkildə səfərbər edir. Dövlət Duması ilboyu hərbi xidmətə çağırış haqqında qanun layihəsini demək olar ki, təsdiqləyəcək”.

Mənbə V.Putinin avqustun 15-də D.Trampa hər hansı güzəştə getməyəcəyinə inandığını bildirib:

“V.Putin Moskvanın üstünlüyünə qətiyyətlə inanır. D.Trampın məqsədi Ukraynada qətliamları dayandırmaq olsa da, V.Putinin ehtimal məqsədi azad dünya liderinin yanında dayanmaqdır. Bu nəinki Rusiyanın Qərbin düşündüyü kimi təcrid olunmadığını, həm də Amerika ilə bərabərhüquqlu olduğunu nümayiş etdirmək üçün lazımdır. V.Putinin taktikasını dərindən dərk etmədən D.Trampın sövdələşmə sənədi heç bir nəticə verməyəcək”.

Banner
Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Dünya
28 oktyabr 2026 642 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 642 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 642 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 642 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 642 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 642 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 642 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 642 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 642 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 642 baxış
Seçilmişlər
icon