Bu proses Marsda yaşayışı reallaşdıracaq? – Həyat əlaməti...
Yeniliklərdən dərhal xəbərdar olun
NASA-nın son tədqiqatı göstərir ki, Marsın buzlu səthinin altında əriyən su mikrobların həyatı üçün vacib ola bilər.
Günəş şüaları buza nüfuz edərək Yerdəki həyatla zəngin mühitlərdə olduğu kimi fotosintezi aktivləşdirir. Baxmayaraq ki, Marsda həyat əlamətləri hələ də aşkar edilməyib. Lakin planetdəki buzlar həyat əlamətini aşkar etmək üçün əhəmiyyətlidir.
Marsda mövcud olan iki buz forması var: su buzu və karbon qazı buzu. Araşdırma Marsdakı buz dövründə su buzunun əmələ gəlməsinə yönəlib. Çünki qarla birləşən toz üç metrə qədər dərinlikdə ərimə üçün vacibdir və Günəşdən gələn istiliyi özünə çəkir.
Marsın səthi maye su üçün çox soyuq olsa da, buz və toz təbəqələrinin altındakı şərait daha əlverişlidir. Rəqəmsal modellər göstərir ki, su Mars ilboyu müəyyən fasilələrlə tozlu qar təbəqələrində toplana və bununla da bir metrə qədər dərinlikdə fotosintezin baş verə biləcəyi bir mühit yarada bilər.
Tədqiqatçılar hesab edirlər ki, bu, potensial yaşayış yerləri haqqında hərtərəfli nəticə əldə etmək baxımından tədqiq olunmalıdır.
#Mars planeti teqi istifadə olunub
- Yaponiya Marsın peykinə pilotsuz kosmik aparat göndərərək dünyada ilkə imza atdı
- Marsda aparılan araşdırmalar zamanı daha bir mühüm nailiyyət əldə olunub
- Qırmızı planetdə qədim sivilizasiya izlərinin mövcud ola biləcəyi iddia olunur
- "Charlie" Mars missiyasına hazırlaşır
- Qırmızı planetdəki dayaz və kiçik dəliklər nədən xəbər verir?
