Bu, Rusiyaya imkan verəcək ki... | Şimali Koreyanın qoşunu hansı ərazidə yerləşdirildi?
Yeniliklərdən dərhal xəbərdar olun
Şimali Koreyanın bir neçə min əsgəri Rusiya ərazisində təlim keçir.
Bu sözləri “The Washington Times”a Ukrayna rəsmisi deyib.
O bildirib ki, bu qüvvələr 2024-cü ilin sonunda Ukraynada cəbhə xəttinə, yaxud Rusiyanın sərhədyanı ərazilərinə göndərilə bilər. Sərhədyanı ərazilərdə koreyalı əsgərlərin olması rus ordusuna buradakı qüvvələri cəbhəyə atmağa imkan verəcək.
Cənubi Koreya və Ukrayna rəsmilərinin fikrincə, Şimali Koreya Ordusu çox güman ki, Donetsk vilayətinin işğal olunmuş hissəsində yerləşəcək.
Ukrayna kəşfiyyatının məlumatına görə, Şimali Koreyanın bəzi zabitləri rusların hərəkətlərini izləyir və Ukraynanın işğal olunmuş ərazilərində döyüş meydanını öyrənirlər. Hələlik Şimali Koreyanın göndərdiyi qüvvələrin dəqiq sayı haqda məlumat yoxdur.
#Şimali Koreya teqi istifadə olunub
- Koreya yarımadasında gərginlik niyə yenidən artır? - Baku TV CANLI
- Seul gərginliyin və toqquşmaların qarşısını almaq üçün Pxenyanla əlaqə xətlərinin bərpasını təklif edir
- Koreya yarımadasında gərginlik yenidən artır - Baku TV CANLI
- Kim Çen Inın öldüyü və cəsədinin gizli şəkildə ölkəyə gətirildiyi iddia olunur - Baku TV CANLI
- Şimali Koreya liderinin komaya düşdüyü barədə yeni məlumatlar yayılıb
