Pleyeri seçin:

Bu səbəbə görə 30 milyon insan aclığın qurbanı olub

01 dekabr 2024 413 baxış

1950-ci illərin sonlarında Çində “sərçələrin məhv edilməsi kampaniyası” başlayıb.

“İnsan təbiəti fəth etməlidir” şüarı altında aparılan kampaniya təəssüf ki, milyardlarla heyvanın və təxminən 30 milyon insanın ölümünə səbəb olub.

Bəs niyə Çində sərçələr kütləvi şəkildə öldürülürdü? 1949-cu ildə Çin hökumətinin başçısı olan Mao Tsedun böyük bir kənd təsərrüfatı cəmiyyəti yaratmaq istəyirdi. Bu baxımdan bioloq Çjou Tsyan Mao Tsedunu ölkədəki dörd heyvanı məhv etməklə kənd təsərrüfatının yüksələcəyi fikrinə inandırır.

Beləliklə, 1958-ci ildə Çində “Böyük sıçrayış” proqramı başlayır. Kənd təsərrüfatını yaxşılaşdırmaq üçün hökumət kənd təsərrüfatına zərər verdiyini əsas gətirərək müəyyən edilmiş dörd növün məhv edilməsinə qərar verir. Siyahəda ev milçəyi, ağcaqanad, siçan və sərçə var idi.

Uşaqlar da daxil olmaqla hamı həşərat və heyvanları bayram edirmişlər kimi öldürüb. Məktəblərdə sərçə ovu tədbirləri təşkil olunub. Hətta ölü heyvan gətirənlərə mükafatlar da verilib.

Heyvan qırğınlarından sonra ölkədə sərçə, ev milçəyi, ağcaqanad və siçan demək olar ki, qalmayıb. Bu vəziyyət ölkədə 1,5 milyard siçan, 1 milyard sərçə, milyardlarla ev milçəyi və ağcaqanadın ölümünə səbəb olub.

Daha sonra ölkədə “Böyük sıçrayış” hərəkatının qələbəsi qeyd edilib. 1960-cı ilin yazında isə böcəklər əkin sahələrinə dolub. Bu, Çin liderlərini gec də olsa, sərçələrin zərərli həşəratları yeməkdən necə faydalandığını anlamağa məcbur edib. Ölkədə zərərli həşəratların sayı inanılmaz dərəcədə artıb. 30 milyon insan aclıqdan ölüb və nəticədə Çində təxminən üç il davam edən qıtlıq yaşanıb. Ölkənin kənd təsərrüfatı pisləşib. Çin SSRİ və Kanadadan kömək istəsə də, bu vəziyyətin həlli tapılmayıb. Ölkə illər sonra özünə gəlib.

İrana qarşı iqtisadi təzyiq siyasətində aviasiya sektoru da hədəfə alındı - Baku TV CANLI

İrana qarşı iqtisadi təzyiq siyasətində aviasiya sektoru da hədəfə alındı - Baku TV CANLI

Dünya
21 sentyabr 2026 413 baxış
Ukrayna Ordusundan neft sənayesinə ağır zərbə

Ukrayna Ordusundan neft sənayesinə ağır zərbə

Dünya
21 sentyabr 2026 413 baxış
Zelenski sülh üçün yeni təkliflərdən danışdı

Zelenski sülh üçün yeni təkliflərdən danışdı

Dünya
21 sentyabr 2026 413 baxış
Vaşinqton Tehrana qarşı sanksiyaları sərtləşdirir

Vaşinqton Tehrana qarşı sanksiyaları sərtləşdirir

Dünya
21 sentyabr 2026 413 baxış
Zelenski Rusiya ilə müharibənin başa çatdırılmasının vacibliyini vurğulayıb - Baku TV CANLI

Zelenski Rusiya ilə müharibənin başa çatdırılmasının vacibliyini vurğulayıb - Baku TV CANLI

Dünya
21 sentyabr 2026 413 baxış
Suriyanın Hələb şəhərində güclü partlayışlar baş verib | Xəsarətalanlar var - Baku TV CANLI

Suriyanın Hələb şəhərində güclü partlayışlar baş verib | Xəsarətalanlar var - Baku TV CANLI

Dünya
21 sentyabr 2026 413 baxış
ABŞ-Çin danışıqlarında ticarət və süni intellekt məsələləri geniş müzakirə olundu - Baku TV

ABŞ-Çin danışıqlarında ticarət və süni intellekt məsələləri geniş müzakirə olundu - Baku TV

Dünya
21 sentyabr 2026 413 baxış
Təhlükəli gərginlik: ABŞ təzyiqi artırır, Rusiya geri addım atmır - AKTUAL GÜNDƏM

Təhlükəli gərginlik: ABŞ təzyiqi artırır, Rusiya geri addım atmır - AKTUAL GÜNDƏM

Dünya
21 sentyabr 2026 413 baxış
Moskva ilə Vaşinqton arasında danışıqların bərpası planlaşdırılır

Moskva ilə Vaşinqton arasında danışıqların bərpası planlaşdırılır

Dünya
21 sentyabr 2026 413 baxış
Berlinin yeni müdafiə planı Avropada ciddi suallar yaradıb

Berlinin yeni müdafiə planı Avropada ciddi suallar yaradıb

Dünya
21 sentyabr 2026 413 baxış
Seçilmişlər
icon