Pleyeri seçin:

Bu şəhərin qaydaları piyadaların həyatını heçə sayır - ORALARDA NECƏDİR?

08 fevral 2025 621 baxış

“Oralarda necədir?” rubrikasının yeni buraxılışı yayımlanıb.

Bu dəfə Bakıdan 3 442 kilometr uzaqda, Aralıq dənizi sahilində yerləşən Tunis Respublikasının paytaxtı Tunisdən bəhs olunub.

Tarixi eramızdan əvvəl 814-cü ilə təsadüf edən, qədim finikiyalıların şəhəri sayılan və hazırda da qalıqları qorunan Karfagen bu müasir şəhərin yaxınlığında yerləşir.

Tunisli uşaqlar 6 yaşından məktəbə gedirlər. Dövlət məktəbləri pulsuz təhsil verir. Özəl məktəblərdə isə təhsil daha keyfiyyətlidir və hər sinifdə orta hesabla 20 şagird olur. Təhsil haqqı aya 70-350 dollar arasında dəyişir. Bu bizim pulla 119-595 manat edir.

Bu şəhərdə avtomobil idarə etmək üçün insanın əsəbləri poladdan olmalıdır. Yollarda nə piyada keçidi var, nə də piyada zolağı. Maşın yolundan keçmək üçün avtomobillərə əl ilə işarə edərək onları durdurmaq lazım gəlir.

Tunisdə başı hicab ilə örtmək və ya avropalı kimi görünmək hər qadının öz arzusuna bağlıdır. Maraqlı məqamlardan biri isə odur ki, bəzən qadınlar ailə qurduqdan sonra ərlərinin istəyi ilə başlarını bağlayırlar. Bu kişini digər insanların yanında daha çox hörmətli edir. Amma bəzi qadınlar da ərləri bunu onlardan istəsə belə, həyat yoldaşlarına boyun əymirlər.

Tunisli qadınlar ərləri tərəfindən ailə münaqişəsi zamanı döyülsələr belə, polisə şikayət etmirlər. Cəmiyyətdə qatı dindar və müasir ailələrə rast gəlmək mümkündür. Hər iki tərəf öz ailə formatını daha doğru hesab edir.

Bu şəhərdə niqablı qadınlar dövlət müəssisələrində, ofislərdə çalışa bilməzlər. Bunun səbəbi isə terrorçuların çox vaxt niqabdan istifadə etmələridir.

Tunisdə müasir qadınlar da çoxdur. Onlar üzlərini gizlətmir, işləyir və həyatlarını istədikləri kimi yaşayırlar. Həyat yoldaşından boşanan qadınlar da ikinci dəfə ailə qura bilirlər. 

Banner
Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Dünya
28 oktyabr 2026 621 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 621 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 621 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 621 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 621 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 621 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 621 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 621 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 621 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 621 baxış
Seçilmişlər
icon