Bu şəxslərə çimərliyə giriş qadağan edildi | Almaniyada nə baş verir?
Yeniliklərdən dərhal xəbərdar olun
Almaniyanın Rostok şəhərində çimərlik geyimində istirahət edənlər "çılpaqlar" çimərliyinə buraxılmayacaq. Çünki çılpaq formada günəş vannası qəbul etməyi sevənlər paltarlı kimisə görəndə özlərini rahat hiss etmirlər.
Məlumata görə, Almaniyanın Baltik dənizində yerləşən Rostok şəhərinin səlahiyyətliləri çimərliklərdə soyunmaqdan imtina edən ziyarətçilərə girişi qadağan edən yeni qayda tətbiq ediblər.
Rostok turizminin sözçüsü Moritz Naumann bildirib ki, qadağa nudist bölgələrdə təqibə məruz qalan insanların çoxsaylı şikayətlərinə cavab olaraq qəbul edilib.
Xatırladaq ki, naturizm Almaniyada dərin köklərə malikdir. İki əsr ərzində bir çox almanlar üçün sosial çılpaqlıq həyatın normal hissəsi hesab olunurdu. Ölkədəki çimərliklər, parklar və hətta gəzinti yolları nudist zonaları olaraq təyin edilib. Bununla belə, hazırda naturizm gənc nəsil arasında getdikcə populyarlığını itirir və buna görə də ölkə üzrə naturist ərazilərin sayı azalır – təkcə Rostokda rəsmi nudist çimərliklərinin sayı artıq 37-dən 27-yə endirilib.
#Almaniya teqi istifadə olunub
- Almaniyada yaradılan mərkəzdə humanoid robotlar real işlər üçün praktiki bacarıqlara yiyələnir
- Berlin minlərlə uzaqmənzilli raket almağı planlaşdırır
- Almaniya hərəkətə keçdi | Dünyanı sarsıdacaq savaş üçün hazırlıqlar gedir? - Baku TV CANLI
- Bir əldə F-35, bir əldə sanksiya: Vaşinqtonun Berlinlə bağlı planı nədir? - Baku TV
- Readmissiya olunan şəxslərin cəmiyyətə reinteqrasiyası təmin ediləcək - Baku TV
