Bu şəxslərin xərçəngə tutulma riski yüksəkdir | Detallar üzə çıxdı
Yeniliklərdən dərhal xəbərdar olun
Kosmik gəmilərdə güclü radiasiya olur. Bu səbəbdən astronavtların həyatı təhlükə altındadır.
Həm də kosmosda qalmaq süni cazibə qüvvəsi tələb edir.
Çəkisizlik də insan orqanizmi üçün təhlükəlidir. Yerə qayıtdıqdan sonra astronavtlar vestibulyar sistemin işində baş verən dəyişikliklərlə əlaqədar balanssızlıq yaşayırlar.
Mütəxəssislərin sözlərinə görə, əhəmiyyətli bir problem çəkisizlik şəraitində bədəndəki mayenin baş tərəfə paylanmasıdır. Bu, sidikdə kalsium səviyyəsinin artmasına gətirib çıxarır və böyrək daşı riskini artırır.
Bundan əlavə, bu təsir kəllədaxili təzyiqin artmasına səbəb olur ki, bu da göz almasının formasını dəyişir və kosmosla əlaqəli neyro-oftalmoloji sindromala nəticələnir. Bu, astronavtların görmə qabiliyyətinin pisləşməsinə səbəb ola bilər.
Kosmik gəmidəki radiasiya səviyyəsi Yer səthindən daha yüksəkdir. NASA astronavtların xərçəngə tutulma riskini 3%-dən aşağı salmağa çalışır. Amma Ay və Marsda artıq belə qorunma olmayacaq və radiasiya səviyyəsi xeyli artacaq.
Mümkün bir həll kosmik gəminin fırlanması və ya güclü sürətlənmə və yavaşlamalardan istifadə etməklə yaradılmış süni cazibə ola bilər. Bu, fiziki stresi və radiasiyanın təsirini azaldacaq, lakin hələ ki belə texnologiyalar inkişaf mərhələsindədir.
#Xərçəng xəstəliyi teqi istifadə olunub
- Bəzi şişlərin inkişaf riskini piylənmə artırır?
- “Həkim bilirdi ki...” | Dişini çəkdirən qadın xərçəng oldu | Bakıda dəhşət - Baku TV
- Xərçəngə qarşı aparılan əməliyyatda qeyri-adi üsuldan istifadə edildi
- Xərçəngə qarşı fərdiləşdirilmiş vaksin uğurla sınaqdan keçirilib
- Xərçəng xəstəliyinin müalicəsi üçün yeni alət hazırlanıb
