Bu, sonun başlanğıcıdır | ABŞ nəşrindən Ukrayna ilə bağlı sensasiyalı məlumat
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynanın Rusiya hərbi hava bazalarına dronlarla endirdiyi zərbə beynəlxalq mediada geniş rezonans doğurub.
"The Washington Post" bu hücumu 1941-ci ildə Yaponiyanın ABŞ-yə qarşı həyata keçirdiyi Perl-Harbor hücumu ilə müqayisə edib.
Bazar günü Ukrayna ordusu eyni vaxtda beş Rusiya aviabazasını FPV tipli döyüş dronları ilə hədəfə alıb. Analitiklərə görə, “Pautina” adlandırılan bu əməliyyat müasir döyüş taktikalarında dönüş nöqtəsi ola bilər və pilotlu aviasiyanın sonunun başlanğıcı sayılır.
Ukraynanın onminlərlə dollara başa gələn dronları ilə Rusiya tərəfinin təqribən 2 milyard dollar dəyərində hərbi təyyarələri sıradan çıxarılıb.
"The Washington Post" yazır ki, hərçənd bu hücum birbaşa Perl-Harborla eyniləşdirilə bilməz, çünki Ukrayna müdafiə olunur, müharibəyə başlamayıb. Ancaq hər iki halda köhnə hərbi sistemlərin nə qədər həssas olduğu ortaya çıxır.
#Dron hücumu teqi istifadə olunub
- Üç vətəndaşımızın hamısı xilas edilib | XİN hücumun təfərrüatlarını açıqlayıb - Baku TV
- Dron hücumu zamanı iki vilayətdə yaşayış binaları və tibb müəssisəsi ziyan çəkib
- Husilər Səudiyyə Ərəbistanının paytaxtında Müdafiə Nazirliyinə hücum etdiklərini bildirirlər
- Rusiyanın neft terminalına dron zərbəsi endirilib
- Rusiya-Ukrayna müharibəsində son vəziyyət | Kiyevin Darnisk və Solomonsk rayonları hədəfdə - Baku TV
