Bu, tək Demirala qarşı deyil | Ərdoğandan UEFA-nın qərarına sərt reaksiya
Yeniliklərdən dərhal xəbərdar olun
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Futbol Assosiasiyaları İttifaqının Türkiyə millisinin futbolçusu Merih Demiralla bağlı verdiyi qərarı siyasi motivli adlandırıb.
O, Berlində keçirilən futbol üzrə Avropa çempionatının 1/4 final mərhələsinin Türkiyə-Niderland oyununda onu müşayiət edən jurnalistlərlə söhbətində UEFA-nın qalmaqallı qərarını şərh edib:
“UEFA-nın Merih Demiralla bağlı diskvalifikasiya qərarı Avropa çempionatına ciddi kölgə salıb. Bu, sırf siyasi qərardır. UEFA-nın türk futbolçu ilə bağlı mövqeyi şəxsən M.Demirala qarşı deyil, bütövlükdə türk xalqını cəzalandırmaq cəhdidir. Amma nədənsə Niderland ilə oyunda niderlandlı futbolçunun qaydaları açıq-aşkar pozduğuna görə hakim penalti təyin etmədi. Bu isə o deməkdir ki, Qərbin bizə mentalitet baxımından yanaşması dəyişməyib, hissləri hələ də eynidir”.
Xatırladaq ki, UEFA Türkiyə yığmasının üzvü Merih Demiralın Almaniyada keçirilən Avropa çempionatının 1/8 finalının Avstriya millisi ilə matçında “bozqurd” işarəsi göstərməsinə görə araşdırmaya başlayıb. Nəticədə futbolçu iki oyunluq diskvalifikasiya edilib.
#Rəcəb Tayyib Ərdoğan teqi istifadə olunub
- Bölgəyə mesaj: Bakı və Ankara birlikdə hansı addımları atacaq? - AKTUAL GÜNDƏM
- Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Xankəndidə rəsmi ziyafət verilib - Baku TV
- Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı - Baku TV
- Azərbaycan və Türkiyə prezidentləri Xocalı Memorialını birlikdə ziyarət ediblər - Baku TV
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Xankəndidə Zəfər abidəsini ziyarət ediblər - Baku TV
