Bu, terror aktıdır | ABŞ-dəki hadisə ilə bağlı FTB-dən təcili açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin Kaliforniya ştatında avtomobilin partlaması nəticəsində bir nəfər həlak olub, azı 4 nəfər yaralanıb.
"Report" bu barədə "NBC News"a istinadən xəbər verir.
Məlumata görə, bomba yüklü avtomobil tibb mərkəzinin yaxınlığında partladılıb. Polis və yanğınsöndürənlər hadisə yerinə cəlb olunublar. Ətraf ərazi təhlükəsizlik baxımından təxliyə edilib.
ABŞ Federal Təhqiqatlar Bürosu faktı terror aktı kimi qiymətləndirib.
“Bu, düşünülmüş terror aktıdır. Araşdırma apardıqca bunun beynəlxalq və ya daxili terror olduğunu müəyyən edəcəyik”, ‒ deyə məlumatda bildirilir.
Federal Təhqiqatlar Bürosu hücumun hədəfinin tibb müəssisəsi olduğuna inanaraq cinayətdə şübhəli bilinən şəxsin adını çəkməkdən imtina edib. Çünki bu, istintaqa mane ola bilər.
#ABŞ Federal Təhqiqatlar Bürosu teqi istifadə olunub
- Ağ Evə qarşı hücumun əsas təşkilatçısı olan “Çoban” tutuldu
- Skandalların mərkəzindəki FTB rəhbəri vəzifəsindən gedir?
- FBI rəhbəri “The Atlantic” jurnalından 250 milyon dollar tələb edir
- 2023-cü ildə haker FTB-nin Epşteyn işi ilə bağlı fayllarını ələ keçiribmiş
- Kaliforniyaya PUA hücumu | SEPAH sualtı raketlərdən istifadə edə bilər - Baku TV
