Bu, Üçüncü Dünya müharibəsi olacaq! - Nüvə silahı işə salınır?
Yeniliklərdən dərhal xəbərdar olun
Belarus Prezidenti Aleksandr Lukaşenko NATO-nun ölkəsinə hücum edəcəyi təqdirdə nüvə silahından istifadə olunacağını açıqlayıb.
O, bir müddət əvvəl belə hücumun Üçüncü Dünya müharibəsinə səbəb olacağı barədə açıqlamasını da xatırladıb.
A.Lukaşenkonun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin bu yaxınlarda nüvə doktrinasına dəyişiklik etməklə təsdiqləyib ki, Rusiya və Belarusa hücum halında Moskva nüvə silahından istifadə etmək hüququnu özündə saxlayır.
“Bu artıq Üçüncü Dünya müharibəsi olacaq. Qərb də bunu istəmir. Buna hazır deyillər. Ancaq biz onlara açıq deyirik: dövlət sərhədi – qırmızı xətdir. Belə hücumun cavabı dərhal veriləcək. Biz buna hazırlaşırıq. Bu barədə dürüst və açıq danışıram”, – deyə A.Lukaşenko vurğulayıb.
#Aleksandr Lukaşenko teqi istifadə olunub
- Lukaşenko Ermənistan məhsullarının Avropada satılacağına şübhə edib - Baku TV CANLI
- Lukaşenko hakimiyyəti övladına ötürəcək? | Belarusda qızğın müzakirə - Baku TV
- Lukaşenkonun Rusiyaya verdiyi dəstək ona baha başa gələ bilər - Baku TV CANLI
- Avropada müharibənin əhatə dairəsi böyüyür? - 24 SAAT
- "Prezidentinizə çatdırın ki..." | Lukaşenko kimi seçir: Zelenski, yoxsa Putin? - Baku TV
