Bu, Ukraynaya baha başa gəldi, Ermənistan isə... | Surenyandan iddia
Yeniliklərdən dərhal xəbərdar olun
Erməni politoloq Suren Surenyants Qərbin Ermənistanı Rusiyaya qarşı ikinci Ukraynaya çevirmək istəyindən əl çəkməyəcəyini bildirib.
Bu barədə o, sosial şəbəkə hesabında bildirib.
Surenyants qeyd edib ki, Macarıstan Baş naziri Orban Ukraynanın yaxın gələcəkdə NATO və AB üzvü olmayacağını dilə gətirib:
“Düşünmürəm ki, AB-də bu fikirdə olan yeganə şəxs Orbandır, sadəcə, Orban başqalarının düşündüklərini səsləndirən yeganə şəxsdir. Ukrayna çox yüksək qiymət ödədi, dövlətçiliyin dağılması ilə üz-üzədir, lakin onun NATO və AB-yə üzvlüyü qətiyyən təmin edilmir. Əmin deyiləm ki, bu arqumentlər Ermənistanın ukraynalaşdırılması həsrətində olan psevdoqərbliləri rasionallaşdıracaq, amma bəlkə də cəmiyyətimizə təsir edər”.
#Ermənistan teqi istifadə olunub
- Bərdənin növbəti dəfə raket hücumuna məruz qalmasından 6 il ötür - Baku TV
- Mirzoyan AİB-lə bağlı nələrə toxundu? | İrəvanın qərarı nə olacaq? - Baku TV CANLI
- Tramp marşrutu Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradacaqmı?
- Sülh sazişi olmadan TRIPP fəaliyyətə başlasa nə baş verəcək? - Baku TV CANLI
- TRIPP sülh sazişindən öncə işə düşəcək? - Tramp marşrutu yeni geosiyasi reallıq yaradacaq? - Baku TV
