Bu yüksəkvəzifəlilər İsrailin hücumunda həlak oldu | Yeni məlumatlar
Yeniliklərdən dərhal xəbərdar olun
İsrailin illərlə İranın nüvə proqramına qarşı çıxması 2025-ci il iyunun 13-də islam respublikasına hücumla nəticələndi. Nüvə və hərbi obyektlərə, raket bazalarına zərbələr endirildi. Yüksəkvəzifəli şəxslər hədəf alındı.
İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Hüseyn Səlaminin öldürüldüyü təsdiqlənib. “Fars” xəbər agentliyi İran ordusunun rəisi Məhəmməd Baqirinin də öldüyünü bildirib.
Ordu komandirinin müavini Qulam-Əli Rəşid də hava zərbələri nəticəsində həlak olub. İranın Ali Rəhbəri Seyid Əli Xameneinin ağır yaralanan müşaviri Əli Şamxani də ölüb.
“Tasnim” agentliyinin məlumatına görə, İsrailin İrana zərbələr endirməsi nəticəsində 6 iranlı nüvə alimi də həlak olub. Bildirilib ki, həmin şəxslər Abdulrəhim Minuçöhr, Əhmədrza Zülfüqari, Seyid Əmirhüseyn Faqihi, Mətləbi-Zadeh, Mehdi Tehrancı və Firudun Abbasidir. 20 nəfərin xəsarət aldığı qeyd olunur.
Hücumdan sonra həm İsrail, həm də İran hava məkanını bağlayıb. İsrail ümummilli fövqəladə vəziyyət elan edib.
#İran teqi istifadə olunub
- İranla Avropa arasında yeni gərginlik | Parisdən Tehrana sərt xəbərdarlıq - Baku TV
- ABŞ-nin İran strategiyasında hansı xətt üstünlük təşkil edir? - Baku TV
- "Təzyiq və zorakılıq qarşısında geri çəkilməyəcəyik" | İran Prezidentindən açıqlama - Baku TV CANLI
- İran bu hücuma necə cavab ola bilər? | Regionda sular yenidən qaynayır? - Baku TV CANLI
- Tehran MDB ölkələri ilə əməkdaşlığını genişləndirmək istəyir | Rusiyanın mövqeyi nədir? - Baku TV
