Pleyeri seçin:

Budapeşt Avropa İttifaqına meydan oxuyur

16 dekabr 2025 546 baxış

Macarıstan Ukraynaya maliyyə dəstəyinin göstərilməsinə qəti şəkildə qarşı çıxır və bu məqsədlə Avropa İttifaqı çərçivəsində müzakirə olunan təşəbbüsləri dəstəkləməyəcəyini bəyan edir.

Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, rəsmi Budapeşt Ukraynanın maliyyələşdirilməsi üçün bir avro belə ayırmaq niyyətində deyil və Qərbin dondurulmuş Rusiya aktivlərindən istifadə etməsinə qarşı çıxır.

Nazirin sözlərinə görə, Avropa İttifaqının bəzi üzv ölkələri dondurulmuş Rusiya aktivlərindən istifadə edərək Ukraynaya böyük həcmdə maliyyə vəsaiti toplamağa çalışır. Siyarto bu addımı beynəlxalq hüquqazidd və son dərəcə təhlükəli presedent kimi qiymətləndirib.

O vurğulayıb ki, hazırda davam edən sülh danışıqları münaqişənin diplomatik yolla həllinə müəyyən ümidlər yaratsa da, Rusiya aktivlərinə müdaxilə bu prosesi zəiflədə və gərginliyi daha da artıra bilər.

“Avropa İttifaqı faktiki olaraq Rusiya aktivlərinə tamamilə qanunsuz şəkildə əl qoyur. Bu isə münaqişənin daha da genişlənməsi, hərbi əməliyyatların davam etməsi, hətta güclənməsi riskini artırır”, – deyə Peter Siyarto qeyd edib.

Nazir əlavə edib ki, Macarıstan hökuməti öz vətəndaşlarının maraqlarını əsas götürərək belə qərarların əleyhinə çıxır.

Onun sözlərinə görə, ölkə rəhbərliyi Macarıstan xalqının vergiləri hesabına Ukrayna dövlət aparatının saxlanılmasını, ordunun silahlandırılmasını və ya müharibənin davam etdirilməsini qəbuledilməz sayır.

“Açıq şəkildə bildirdim ki, biz Macarıstan xalqının pulunun bir avrosunu belə Ukrayna dövlətinin fəaliyyətinə, Ukrayna Ordusunun silahlanmasına, bu müharibənin uzadılmasına xərcləməyə hazır deyilik”, – deyə nazir vurğulayıb.

Banner
Zaporojye vilayətində zərbə nəticəsində 30-a yaxın insan həlak olub

Zaporojye vilayətində zərbə nəticəsində 30-a yaxın insan həlak olub

Dünya
03 noyabr 2026 546 baxış
Rusiya yeni zərbələrə hazırlaşır?

Rusiya yeni zərbələrə hazırlaşır?

Dünya
03 noyabr 2026 546 baxış
Moskvanın Türk Dövlətləri Təşkilatında iştirakı zəruridirmi?

Moskvanın Türk Dövlətləri Təşkilatında iştirakı zəruridirmi?

Dünya
03 noyabr 2026 546 baxış
Miqrantlar üçün tələb olunan minimum yaşayış müddəti 5 ildən 10 ilə qaldırılacaq

Miqrantlar üçün tələb olunan minimum yaşayış müddəti 5 ildən 10 ilə qaldırılacaq

Dünya
03 noyabr 2026 546 baxış
Terror aktının qarşısı alınıb, silahlıların biri məhv edilib, bəziləri saxlanılıb

Terror aktının qarşısı alınıb, silahlıların biri məhv edilib, bəziləri saxlanılıb

Dünya
03 noyabr 2026 546 baxış
Fransada məhbusların sayı rekord həddə çatıb

Fransada məhbusların sayı rekord həddə çatıb

Dünya
03 noyabr 2026 546 baxış
Qazaxıstanda dövlət çevrilişinin qarşısı alındı

Qazaxıstanda dövlət çevrilişinin qarşısı alındı

Dünya
03 noyabr 2026 546 baxış
Əraqçi dialoq üçün İranın şərtlərini açıqlayıb

Əraqçi dialoq üçün İranın şərtlərini açıqlayıb

Dünya
03 noyabr 2026 546 baxış
ABŞ-də atışmalar zamanı 12 nəfər ölüb, 50-dən çox insan yaralanıb

ABŞ-də atışmalar zamanı 12 nəfər ölüb, 50-dən çox insan yaralanıb

Dünya
03 noyabr 2026 546 baxış
“Nə Rusiya, nə də Ukrayna bunu açıqlayacaq ki...” | Oleşkidə atəşkəs elanı - Baku TV

“Nə Rusiya, nə də Ukrayna bunu açıqlayacaq ki...” | Oleşkidə atəşkəs elanı - Baku TV

Dünya
03 noyabr 2026 546 baxış
Seçilmişlər
icon