Pleyeri seçin:

Burada həkimlər uşağın cinsiyyətini desə, görün necə cəzalandırılır | ORALARDA NECƏDİR?

02 fevral 2025 551 baxış

“Oralarda necədir?” rubrikasının yeni buraxılışı yayımlanıb.

Bu dəfə Bakıdan 2 812 kilometr uzaqda olan, təməli eramızdan üç min il əvvəl qoyulan qədim Dehli şəhərindən bəhs olunub.

Hindistanın əsas şəhəri sayılan Dehlidə həyatları tam fərqli insanlar yaşayırlar. Əlbəttə, bu sözü bir çox şəhərlərə aid etmək olar. Amma Dehlidə bu daha çox gözə çarpır. Bir tərəfdə pula pul deməyən varlılar, bir tərəfdə isə bu gün nə yeyəcəyini bilməyən kasıblar.

Dehlidə qız uşaqlarına olan diskriminasiya danışılacaq ilk məsələlərdəndir. İllərdir doğulacaq körpə qız olarsa, hamiləliyi yarıda kəsmək hind ailələrində normal hesab edilirdi.

Hindlilər hesab edirlər ki, qızı yedirtmək, tərbiyə etmək boşuna xərcdir. O, ailə quracaq və başqa evə köçəcək. Oğlan isə ailədə qalır və valideynlərə hayan olur.

Hər 10 oğlana 7 qız düşdüyünü görən dövlət bu problemin qarşısını almaq üçün tədbir görür. Hazırda ultrasəs müayinəsi zamanı uşağın cinsiyyətini deyən həkim ciddi şəkildə cəzalandırılaraq bir neçə il azadlıqdan məhrum edilir.

Dehlidə həyatını karyeraya həsr edən qadınlar çox deyil. Hindistanda qadın ilk növbədə həyatını ərinə, övladlarına həsr etməlidir.

Maraqlı məqamlardan biri də odur ki, Hindistanda hələ də oğlanların evlənəcəyi qızı valideynləri seçirlər. Onlar deyirlər ki, qız mütləq ananın xoşuna gəlməlidir. Hesab edirlər ki, bütün gün oğlanın ailəsi ilə birlikdə vaxt keçirəcək qızı evdə hamı bəyənməlidir. Beləliklə, ailə bəyəndiyi qızın şəklini oğluna göstərir. Oğlanın da xoşu gələrsə, görüş təşkil olunur. Gənclər bir-birini bəyənərlərsə, evlənirlər.

Banner
Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR

Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR

Dünya
27 oktyabr 2026 551 baxış
Rusiya-Ukrayna müharibəsi nə vaxt dayandırılacaq? - Baku TV CANLI

Rusiya-Ukrayna müharibəsi nə vaxt dayandırılacaq? - Baku TV CANLI

Dünya
27 oktyabr 2026 551 baxış
Möhsün Rezai problemlərin həlli üçün 4 ölkənin adını çəkib

Möhsün Rezai problemlərin həlli üçün 4 ölkənin adını çəkib

Dünya
27 oktyabr 2026 551 baxış
Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV

Mərkəzi Asiya Rusiyadan uzaqlaşır? - Qazaxıstandan Moskvaya siyasi mesaj - Baku TV

Dünya
27 oktyabr 2026 551 baxış
Vaşinqton və Tehran xəbərdarlıqlarını sərtləşdirir | Yaxın Şərqdə nələr olacaq? - Baku TV CANLI

Vaşinqton və Tehran xəbərdarlıqlarını sərtləşdirir | Yaxın Şərqdə nələr olacaq? - Baku TV CANLI

Dünya
27 oktyabr 2026 551 baxış
Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI

Son baş verənlərdən sonra ABŞ və İran arasında gərginlik yenidən pik həddə - Baku TV CANLI

Dünya
27 oktyabr 2026 551 baxış
Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib

Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib

Dünya
27 oktyabr 2026 551 baxış
Tehranda gizli hesablaşma? - Yaxın Şərqdə yeni hərbi ittifaq yaranır? - Baku TV CANLI

Tehranda gizli hesablaşma? - Yaxın Şərqdə yeni hərbi ittifaq yaranır? - Baku TV CANLI

Dünya
27 oktyabr 2026 551 baxış
Beynəlxalq fond meşələrin qorunmasına görə ölkələrə ödəniş edəcək

Beynəlxalq fond meşələrin qorunmasına görə ölkələrə ödəniş edəcək

Dünya
27 oktyabr 2026 551 baxış
Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır

Texnologiya, turizm və canlı gecə həyatı ilə seçilən Təl-Əviv İsrailin maliyyə mərkəzi sayılır

Dünya
27 oktyabr 2026 551 baxış
Seçilmişlər
icon