Bütün ölkələrə qarşı... | Tramp mühüm fərman imzaladı - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Qlobal iqtisadiyyatda "Amerika Birinci" (America First) strategiyasının ən sərt mərhələsi başlayıb. Baku TV-nin "Dünya" xəbərlərinə görə, ABŞ Prezidenti Donald Tramp dünya ticarətinin axınını dəyişəcək mühüm fərman imzalayıb. Fevralın 20-də "Truth Social" şəbəkəsində elan edilən və demək olar ki, dərhal qüvvəyə minən bu qərara əsasən, ABŞ-a bütün ölkələrdən gələn idxala 10%-lik vahid rüsum tətbiq olunur.
Məlumata əsasən, Tramp bu addımı Oval kabinetdə imzaladığını və bunun Amerika istehsalını qorumaq üçün zəruri olduğunu bildirib. Maraqlıdır ki, bu fərman ABŞ Ali Məhkəməsinin administrasiyanın əvvəlki rüsum cəhdlərini "səlahiyyət aşımı" kimi qiymətləndirən qərarından dərhal sonra verilib. Tramp məhkəmənin qərarına meydan oxuyaraq, milli təhlükəsizlik amillərini əsas gətirib və tariflərin dörd gün ərzində tam tətbiq olunacağını vurğulayıb. Videoda bu qərarın dünya birjalarına təsiri, Avropa və Asiya bazarlarındakı narahatlıq və ABŞ-ın ticarət tərəfdaşlarının mümkün cavab tədbirləri barədə geniş analiz yer alır.
#ABŞ teqi istifadə olunub
- Munirin səfəri | Tehrandakı görüşdə hansı məsələlər müzakirə olunacaq? - Baku TV
- Müsadirə edilən neftin gəlirləri "Kəpənək xəstəliyi" olan xəstələrin müalicəsinə yönəldiləcək
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Sülh sazişindən sonra Rusiya ilə iqtisadi münasibətlər necə dəyişəcək? - Baku TV CANLI
- Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir
