Castin Trüdonun istefasından sonra Tramp nə təklif etdi?
Yeniliklərdən dərhal xəbərdar olun
Kanadanın Baş naziri Castin Trüdo Liberal Partiyasının lideri vəzifəsindən istefa verib. O, Baş nazir postunda isə qalacaq.
Qeyd edək ki, Castin Trüdo ərzağın artan qiymətləri və ölkədəki mənzil böhranı səbəbindən deputatların etirazından sonra istefa verdiyini açıqlayıb.
Bu arada, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Kanadanı ölkəsinin 51-ci ştatı olmağa çağırıb. Bu barədə Tramp Kanada Baş nazirinin istefasından sonra bəyan edib.
Qeyd edək ki, Tramp əvvəllər də bu təkliflə çıxış edib. O, sonuncu dəfə 2024-cü il dekabrın 6-da Kanadanı ABŞ-nin ştatı olmağa çağırmışdı. Tramp Milad təbrikində Kanada Baş nazirini qubernator adlandırıb və öz təklifinin reallaşacağı təqdirdə kanadalılar üçün vergiləri 60%-dən çox azaldacağını söyləyib.
#Kanada teqi istifadə olunub
- ABŞ-Kanada danışıqları ticarət münasibətlərində hansı dəyişikliklərə yol aça bilər? - Baku TV
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
- ABŞ və Kanada arasında ticarət sazişi imzalanacaq? - Baku TV CANLI
- ABŞ və Kanada arasında yeni ticarət sazişinin imzalanması gözlənilir - Baku TV
- ABŞ Kanada məhsullarına qadağa qoyub, iki ölkə arasında ticarət gərginliyi artır
