Pleyeri seçin:

Cəngəlliklərdə qədim sivilizasiyanın izləri tapıldı

05 avqust 2026 302 baxış

Amazoniyanın sıx tropik meşələrində lazer skanı vasitəsilə aparılan araşdırmalar nəticəsində təxminən 1500 il əvvəl mövcud olmuş Akviri sivilizasiyasına aid yüzlərlə iri tikili aşkarlanıb.

Bu Amazon meşələrində genişmiqyaslı bir mədəniyyətin mövcudluğunu nümayiş etdirir.

Akviri sivilizasiyası e.ə. 600-cü ildən eramızın 850-ci ilinə qədər mövcud olub. Bu mədəniyyət müxtəlif tanrıları simvolizə etdiyi ehtimal olunan nəhəng həndəsi torpaq qurğuları yaradıb. Onların inşasında metal alətlərdən və qoşqu heyvanlarından istifadə edilməyib.

Alimlər bitki örtüyü altında qalan relyefi üçölçülü şəkildə xəritələşdirə bilən lidar texnologiyası sayəsində bu sivilizasiyanın miqyasını qiymətləndirə biliblər. Nəticədə 432 geoqlif aşkar olunub, onlardan təxminən 400-ü elmə əvvəllər məlum olmayıb.

Tədqiqatın nəticələrinə əsasən, Akviri sivilizasiyasının yaşadığı 183 min kvadratkilometrlik ərazidə 30 minədək belə qurğunun mövcud ola biləcəyi ehtimal edilir. Geoqliflərin orta sahəsi təxminən 3 hektar olsa da, bəzilərinin sahəsi 50 hektara çatır. Onları əhatə edən xəndəklər isə adətən 12 metr enində və 5 metrədək dərinlikdə olur.

Alimin sözlərinə görə, Akviri sivilizasiyası Amazon meşələrinin formalaşmasına da ciddi təsir göstərib. Yerli əhali qarğıdalı, balqabaq və maniok yetişdirmək, geoqliflər və yollar salmaq üçün əraziləri təmizləyib, həmçinin Braziliya qozu və şaftalı palması kimi ağacları becərib. Bununla belə, sivilizasiyanın hansı səbəbdən yoxa çıxması hələ də məlum deyil.

Banner
Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Dünya
28 oktyabr 2026 302 baxış
Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 302 baxış
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 302 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 302 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 302 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 302 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 302 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 302 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 302 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 302 baxış
Seçilmişlər
icon