Pleyeri seçin:

CENTCOM rəhbəri İsraili İrana zərbələri bərpa etməyə çağırıb

14 avqust 2026 364 baxış

ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuper İsrailə səfəri zamanı İrana endirilən zərbələri bərpa etməyə çağırıb.

Bu barədə İsrailin 13-cü telekanalı məlumat yayıb.

Kuper ötən həftə İsrailə səfər edib və İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir və digər yüksəkrütbəli hərbçilərlə birlikdə İMQ-nin ali əməliyyat forumunun iclasında iştirak edib.

Telekanalın məlumatına görə, amerikalı admiral İsrail hərbçilərinə İrana qarşı hərbi əməliyyatları bərpa etməyin və qaz, neft və energetika sahələrinin müəssisələri də daxil olmaqla, milli infrastruktur obyektlərinə zərbələr endirməyin zəruri olduğunu bildirib.

"İrandakı infrastruktura hücumlar oyunun qaydalarını dəyişəcək və əhəmiyyətli zərər verəcək. İndiki vəziyyətdə iranlılar öz mövqelərini dəyişməyəcəklər", – deyə Kuper bildirib.

Hərbi rəhbər həmçinin qeyd edib ki, ola bilsin, ABŞ-nin də İrana qarşı hərbi əməliyyatları bərpa etməkdən başqa seçimi olmayacaq.

Daha əvvəl iranlı mənbə "Reuters"ə bildirib ki, ABŞ ilə atəşkəsin uzadılması danışıqları aparılmır. Onun sözlərinə görə, Tehran hesab edir ki, atəşkəs faktiki olaraq qüvvəyə minməyib, çünki razılaşma əldə olunduqdan 48 saat sonra Vaşinqton onu pozub.

Banner
Rusiya hücumu bir neçə istiqamətdən həyata keçirdi

Rusiya hücumu bir neçə istiqamətdən həyata keçirdi

Dünya
22 noyabr 2026 364 baxış
Demokratların lideri Trampı Heqseti vəzifədən uzaqlaşdırmağa çağırdı

Demokratların lideri Trampı Heqseti vəzifədən uzaqlaşdırmağa çağırdı

Dünya
22 noyabr 2026 364 baxış
Narkokartel rəhbərinin həbsi qanlı qarşıdurmaya səbəb olub

Narkokartel rəhbərinin həbsi qanlı qarşıdurmaya səbəb olub

Dünya
22 noyabr 2026 364 baxış
Liviya neft kəmərinin bağlanması səbəbindən 30,7 milyon dollar itirdi

Liviya neft kəmərinin bağlanması səbəbindən 30,7 milyon dollar itirdi

Dünya
22 noyabr 2026 364 baxış
Tehran raket məhdudiyyətlərini aradan qaldırdığını açıqlayıb

Tehran raket məhdudiyyətlərini aradan qaldırdığını açıqlayıb

Dünya
22 noyabr 2026 364 baxış
Fransada gərginlik səngimir

Fransada gərginlik səngimir

Dünya
22 noyabr 2026 364 baxış
Festivalda 18 ölkənin ənənəvi idman növləri təqdim olunur

Festivalda 18 ölkənin ənənəvi idman növləri təqdim olunur

Dünya
22 noyabr 2026 364 baxış
Turistlər Çində qış mənzərələrini izləyə bilərlər

Turistlər Çində qış mənzərələrini izləyə bilərlər

Dünya
22 noyabr 2026 364 baxış
İsrailin Suriyaya qarşı mümkün addımı ilə bağlı xəbərdarlıq

İsrailin Suriyaya qarşı mümkün addımı ilə bağlı xəbərdarlıq

Dünya
22 noyabr 2026 364 baxış
Trampın xəbərdarlığı nə ilə bağlıdır?

Trampın xəbərdarlığı nə ilə bağlıdır?

Dünya
22 noyabr 2026 364 baxış
Seçilmişlər
icon