CHP-nin mərhum lideri Dəniz Baykalın qızı partiya rəhbərliyini sərt tənqid etdi
CHP-nin mərhum lideri Dəniz Baykalın qızı Aslı Baykal ölkədəki son hadisələr fonunda partiya rəhbərliyinin hərəkətlərini tənqid edən açıqlama yayıb.
Bir neçə gün öncə Ekrem İmamoğlu həbs edilərkən də Aslı Baykalın yanaşması çoxları üçün gözlənilməz olub.
“Bu araşdırmalar ölkənin ziyanına deyil, xeyrinədir və təmiz siyasətə doğru böyük addımlardır. CHP-nin vəzifəsi gözəl bir təqvim təyin etmək, təmiz qurultay keçirmək və Atatürkə doğrudan da bağlı bir heyətlə yoluna davam etməkdir”, − Aslı Baykal söyləyib.
İndi isə Aslı Baykal sosial media hesabından CHP rəhbərliyini ölkədə gərginlik yaratmaqda qınayıb:
“Türkiyənin əsl gündəmi dünyada söz sahibi ölkə olmaq yolunda sürətlə irəliləyərkən ana müxalifət qapı-qapı gəzərək dünyaya Türkiyəni şikayət edəcəkmiş. Bunun başqa bir nümunəsi varmı? “Oğurluğumuzu yaxalayıb bizə cəza verdilər”, − deyə şikayət edəcəklərmi? “Diplom qeyri-qanuni idi, qəbul etmədilər, siz söyləyin qəbul etsinlər” deyəcəklərmi?
Allaha şükürlər olsun ki, ümumi seçkilərdə yox, lokal seçkilərdə qalib gəldilər və millət onların nə yaşadacaqlarını gördü, canımızı qurtarmağa çalışırlar. Özlərini kral hesab etdilər və gücü əllərinə keçirsələr, nələr edəcəklərini film anonsu kimi izlədik. Nifrət dolu nə axtarsan var. Çətin oldu, amma təhlükənin ucundan dönmüşük”.
#Türkiyə teqi istifadə olunub
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
- Ankaradan gələn telefon zəngi və gərginlikdən çıxan siyasi mesajlar - Baku TV
- Çökən binanın dağıntıları altından çıxarılan şəxslərdən biri xilas edilə bilməyib
