Pleyeri seçin:

Çin alimlərindən moruğun faydası ilə bağlı vacib tədqiqat

06 may 2026 475 baxış

Çin Tibb Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, moruq ekstraktı metabolik qaraciyər yağlanması zamanı orqana dəyən ziyanı və piy toplanmasını azalda bilər.

Təcrübə çərçivəsində alimlər 12 həftə ərzində siçanları yağlı qidalarla bəsləyərək qaraciyər xəstəliyi modeli yaradıblar. Daha sonra gəmiricilərin bir qisminə su əsaslı moruq ekstraktı verilib. Nəticədə sınaq qrupundakı heyvanların qaraciyərində zədələnmə göstəriciləri enib, hüceyrələrdə piy yığılması azalıb və orqanizmdə yağların emalına cavabdeh olan lipid mübadiləsi bərpa edilib.

Mütəxəssislər bu müsbət dinamikanı bağırsaq mikrobiotasına, yəni faydalı bakteriyalar mühitinə göstərilən təsirlə izah edirlər.

Tədqiqat müəllifləri bildiriblər ki, moruq ekstraktı faydalı mikroorqanizmlərin miqdarını artırıb. Eyni zamanda, zərərli elementlərin orqanizmə daxil olmasının qarşısını alan bağırsaq səddi möhkəmlənib.

Bununla yanaşı, maddələr mübadiləsində mühüm rol oynayan inozin molekulunun miqdarında artım müşahidə edilib. Laboratoriya şəraitində aparılan analizlər zamanı həmin maddə qaraciyər hüceyrələrində piy toplanmasını, həmçinin toxumaların zədələnməsinə səbəb olan iltihabi prosesləri və oksidləşdirici stresi zəiflədib.

Tədqiqatçıların sözlərinə görə, əldə olunan nəticələr hələlik heyvanlar üzərində sınaqlarla məhdudlaşır. Lakin bu, moruğun qaraciyər funksiyasını yaxşılaşdıran qida məhsullarının hazırlanmasında böyük potensiala malik olduğunu sübut edir.

Banner
Tramp Ukraynanın sərhədlərinin dəyişəcəyinə işarə edir?

Tramp Ukraynanın sərhədlərinin dəyişəcəyinə işarə edir?

Dünya
09 noyabr 2026 475 baxış
Rusiya ilə mümkün razılaşma planı Avropa üçün gözlənilməz oldu | Brüsseldə təcili tədbir - Baku TV

Rusiya ilə mümkün razılaşma planı Avropa üçün gözlənilməz oldu | Brüsseldə təcili tədbir - Baku TV

Dünya
09 noyabr 2026 475 baxış
Avropa sülh danışıqlarında niyə iştirak etməyəcək? | Dmitri Peskovdan açıqlama - Baku TV CANLI

Avropa sülh danışıqlarında niyə iştirak etməyəcək? | Dmitri Peskovdan açıqlama - Baku TV CANLI

Dünya
09 noyabr 2026 475 baxış
Vaşinqtondan Kiyevə 15 milyard dollarlıq dəstək planı

Vaşinqtondan Kiyevə 15 milyard dollarlıq dəstək planı

Dünya
09 noyabr 2026 475 baxış
Çində elm üçün yeni qurbağa növü aşkarlanıb

Çində elm üçün yeni qurbağa növü aşkarlanıb

Dünya
09 noyabr 2026 475 baxış
Ukrayna atmosferdən kənar müdafiə texnologiyasını inkişaf etdirir

Ukrayna atmosferdən kənar müdafiə texnologiyasını inkişaf etdirir

Dünya
09 noyabr 2026 475 baxış
NASA Yerin peykinə nüvə enerjisi ilə işləyən tədqiqat aparatı göndərəcək

NASA Yerin peykinə nüvə enerjisi ilə işləyən tədqiqat aparatı göndərəcək

Dünya
09 noyabr 2026 475 baxış
Çində 1800 illik üç qədim gəmi aşkarlanıb

Çində 1800 illik üç qədim gəmi aşkarlanıb

Dünya
09 noyabr 2026 475 baxış
SEPAH ABŞ-nin Xəzərdəki blokada planına cavab verib

SEPAH ABŞ-nin Xəzərdəki blokada planına cavab verib

Dünya
09 noyabr 2026 475 baxış
Tramp İrana hücumların yenidən başlamasını az ehtimal edir

Tramp İrana hücumların yenidən başlamasını az ehtimal edir

Dünya
09 noyabr 2026 475 baxış
Seçilmişlər
icon