Çində dəhşətli "zombi" virusu yayılıb?
Yeniliklərdən dərhal xəbərdar olun
“Kakaiba” adlı istifadəçinin “TikTok” səhifəsində “zombi virusu” başlığı altında paylaşdığı videolar sosial şəbəkələrdə müzakirəyə səbəb olub.
O, Çində “zombi” virusunun yayılması ilə bağlı iddia ortaya atıb. Bu videolar yanvar ayının əvvəllərində paylaşılsa da, hələ də aktuallığını itirməyib.
“Alimlər zombi virusunu aşkar etdi!” başlığı altında paylaşılan videoda 2 qısa klip təqdim edilib. 1-ci videoda öldüyü güman edilən şəxsin çarpayıdan qəfil qalxması, 2-ci videoda isə qatarda olan qadının sərnişinlərdən birinin burnunu dişləməsi görüntüləri öz əksini tapıb. Amma bir müddət sonra görüntülərin reallığı əks etdirmədiyi məlum olub.
Filippinin “Fact-checking” media qurumu olan “Vera Files” hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, paylaşılan videoların zombi virusu ilə əlaqəsi yoxdur. Sayt Çində “zombi” virusu olması ilə bağlı iddianı təkzib edib.
#Çin teqi istifadə olunub
- Pekində fəlakət bölgəsində xilasetmə və bərpa işləri gücləndirilir
- H2-X avtomobil qaldırır, mürəkkəb hərəkətlər edir
- 3690 metr uzunluğundakı tras meşəlik dərələrdən keçir
- Çində baş tutacağı gözlənilən üçtərəfli görüş müsbət nəticələnə bilərmi? - ƏSAS XƏBƏR
- ABŞ-nin Mərkəzi Asiya planında Azərbaycana hansı rol ayrılır? - AKTUAL GÜNDƏM
