Çində güclü daşqınlar fəlakətlə nəticələndi | Ölənləri sayı açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Çində güclü daşqınlar fəlakətlə nəticələnib.
Avqustun 7-də gözlənilmədən baş verən daşqınlar nəticəsində azı 10 nəfər ölüb, 33 nəfər itkin düşüb. Qansu əyalətində leysan yağışları səbəbi ilə palçıq suları şəhəri əhatə edib.
Hadisə nəticəsində maşınlar, tikililər, insanlar suların altında qalıb. Şəhər sakinlərini ərazidən xilas etmək üçün helikopterlərdən istifadə edilib.
Çinin dörd şəhərində 4-cü səviyyəli fövqəladə vəziyyət rejimi tətbiq olunub. 82 mindən çox yerli sakin Pekinə təxliyə edilib.
Çinin dövlət başçısı Si Cinpin fövqəladə vəziyyətin qarşısının alınması üçün vacib göstərişlər verib. İtkin düşənlərin axtarışı və təhlükə altında olan insanların təxliyəsi üçün bütün mümkün vasitələrdən istifadə etməyi tapşırıb.
O, itkilərin minimuma endirilməsi, rabitə və nəqliyyatın mümkün qədər tez bərpası üçün tədbirlər görməyə çağırıb.
Qeyd edək ki, ötən ay da şəhərin şimalında yağan güclü yağışlar nəticəsində 44 nəfər həyatını itirmişdi.
#Çin teqi istifadə olunub
- Pekində fəlakət bölgəsində xilasetmə və bərpa işləri gücləndirilir
- H2-X avtomobil qaldırır, mürəkkəb hərəkətlər edir
- 3690 metr uzunluğundakı tras meşəlik dərələrdən keçir
- Çində baş tutacağı gözlənilən üçtərəfli görüş müsbət nəticələnə bilərmi? - ƏSAS XƏBƏR
- ABŞ-nin Mərkəzi Asiya planında Azərbaycana hansı rol ayrılır? - AKTUAL GÜNDƏM
