Çində orta ömrü 80 ilə çatdırmaq məqsədilə plan hazırlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Çin 2026-2030-cu illəri əhatə edən növbəti beşillik plan çərçivəsində ölkə əhalisinin orta ömür müddətini 80 yaşa çatdırmağı hədəfləyir.
Bu barədə yerli media məlumat yayıb.
Məlumata görə, Çin Milli Səhiyyə Komissiyasından bildirib ki, 2024-cü ilin nəticələrinə əsasən, ölkədə orta ömür müddətinin 79 il olacağı proqnozlaşdırılır. Gələcək beş il ərzində bu göstəricinin ən azı bir il artırılması planlaşdırılır.
Təsdiqlənməsi nəzərdə tutulan yeni proqramda əsas prioritet xəstəliklərin qarşısının alınması olacaq. Ailə həkimi sisteminin təkmilləşdirilməsi, tibbi maarifləndirmənin artırılması, həmçinin bədən çəkisi, qan təzyiqi, lipidlər və qanda şəkərin səviyyəsinə nəzarətin gücləndirilməsi planlaşdırılır.
Bundan başqa, ürək-damar xəstəlikləri, xərçəng, tənəffüs sistemi xəstəlikləri və şəkərli diabet kimi xroniki xəstəliklərlə mübarizəyə xüsusi diqqət ayrılacaq.
Eyni zamanda, ilkin səhiyyə xidmətləri və teletibb imkanlarının inkişaf etdirilməsi də proqramın əsas istiqamətləri sırasında yer alır. Plana əsasən, yaşlı əhaliyə xidmət sahəsində də əhəmiyyətli islahatlar həyata keçiriləcək.
Hazırda ölkədə 310 milyon 300 min yaşlı insan yaşayır ki, bu da ümumi əhalinin təxminən 22 faizini təşkil edir. Baxım xidmətinin keyfiyyətinin artırılması, uzunmüddətli qayğı sığortasının tətbiqi, eləcə də əlilliyi və ya demensiyası olan yaşlı insanlara dəstəyin gücləndirilməsi nəzərdə tutulur.
#Çin teqi istifadə olunub
- Pekində fəlakət bölgəsində xilasetmə və bərpa işləri gücləndirilir
- H2-X avtomobil qaldırır, mürəkkəb hərəkətlər edir
- 3690 metr uzunluğundakı tras meşəlik dərələrdən keçir
- Çində baş tutacağı gözlənilən üçtərəfli görüş müsbət nəticələnə bilərmi? - ƏSAS XƏBƏR
- ABŞ-nin Mərkəzi Asiya planında Azərbaycana hansı rol ayrılır? - AKTUAL GÜNDƏM
