Pleyeri seçin:

Çində yanacaq sərfiyyatını məhdudlaşdıran yeni standartlar qüvvəyə mindi

02 yanvar 2026 395 baxış

2026-cı il 1 yanvar tarixindən etibarən Çində minik və yüngül kommersiya avtomobilləri üçün yanacaq sərfiyyatını məhdudlaşdıran yenilənmiş milli standartlar qüvvəyə minib.

Bu barədə "Xinhuanet" bildirir.

Məlumata görə, yeni qaydalar 2026-2030-cu illər dövrü üçün avtomobillər üzrə enerjiyə qənaət göstəricilərini daha da sərtləşdirir.

Yeni standartlara əsasən, ənənəvi və hibrid minik avtomobilləri üçün yanacaq sərfiyyatı normaları əvvəlki tələblərlə müqayisədə təxminən 18% azaldılıb. Ən geniş yayılmış seqmentdə, avtomatik transmissiyalı, çəkisi təxminən 1,5 ton olan avtomobillər üçün yeni limit 100 km-ə 7,74 litr təşkil edəcək.

Yüngül kommersiya avtomobilləri üzrə isə yanacaq sərfiyyatı limitləri ümumilikdə 10% azaldılıb. Çəkisi təxminən 2 ton olan benzinlə işləyən yük avtomobilləri üçün yeni norma 100 km-ə 9,13 litr səviyyəsində müəyyən edilib.

Gözlənilir ki, bu tədbirlərin həyata keçirilməsi Çin avtomobil sənayesində texnoloji yenilənməyə güclü təkan verəcək.

Yeni tələblər təkcə aşağıkarbonlu iqtisadiyyata keçidi sürətləndirməyəcək, həm də yanacaq və elektrik enerjisi xərclərinin azalması hesabına avtomobillərin istismarını istehlakçılar üçün daha sərfəli edəcək.

Kopyalandı
Banner
Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM

Dünya
28 oktyabr 2026 395 baxış
Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Yaxın Şərqdə hərbi gərginlik pik həddə çatacaq? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 395 baxış
Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Hindistanda qasırğa təhlükəsi ilə əlaqədar 180 mindən çox insan təxliyə edildi - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 395 baxış
Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Hakim koalisiya Knessetdə çoxluğu əldə edə bilmir

Dünya
28 oktyabr 2026 395 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 395 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 395 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 395 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 395 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 395 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 395 baxış
Seçilmişlər
icon