Pleyeri seçin:

Çində "yeni üçlük" ölkə iqtisadiyyatına əhəmiyyətli töhfələr verir

28 aprel 2026 367 baxış

Mart ayında dünyanın bərpaolunan enerji nəhəngi olan Çinin Günəş enerjisi texnologiyası, batareyalar və elektriklə işləyən nəqliyyat vasitələri üzrə ixracında rekord nəticə qeydə alınıb.

Bu barədə “Ember” tədqiqat təşkilatının məlumatında deyilir.

Bildirilir ki, hesabat ayında Çində Günəş enerjisi, batareyalar və elektrikli nəqliyyat vasitələrinin ixracı illik müqayisədə 70 faiz artıb. Çin martda 68 giqavat Günəş enerjisi texnologiyası ixrac edib, bu da ötən ilin avqust ayında qeydə alınan əvvəlki rekordu 50 faiz üstələyib.

Ümumilikdə 50 ölkə Çindən Günəş enerjisi texnologiyası idxalında yeni rekordlar qırıb. Ən böyük artımlar isə enerji böhranından ən çox təsirlənən Asiya və Afrikanın inkişaf etməkdə olan ölkələrində qeydə alınıb.

Ekspertlərin fikrincə, fevralın sonlarında Yaxın Şərqdə başlayan münaqişə səbəbindən qlobal neft-qaz axınlarının beşdəbirinin keçdiyi Hörmüz boğazının faktiki olaraq bağlı qalması fonunda yaşanan tarixi neft təchizatı şoku ölkələrin təmiz enerjiyə doğru keçidini sürətləndirib.

Günəş enerjisi artıq qlobal iqtisadiyyatın mühərrikinə çevrilib və ənənəvi enerji mənbələrindəki mövcud qiymət şokları onu növbəti səviyyəyə qaldırır.

Günəş enerjisi texnologiyası, batareyalar və elektriklə işləyən nəqliyyat vasitələri sektorları Çində “yeni üçlük” adlandırılır və əvvəllər artıma səbəb olan tekstil, məişət texnikası və mebel ixracını əvəz edərək ölkə iqtisadiyyatına əhəmiyyətli töhfələr verir.

Banner
Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

Dünya
25 oktyabr 2026 367 baxış
Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir

Tehran seçkilərdən sonra gərginliyin artacağını gözləyir

Dünya
25 oktyabr 2026 367 baxış
Şirkət xərcləri azaltmaq üçün restrukturizasiyanı genişləndirir

Şirkət xərcləri azaltmaq üçün restrukturizasiyanı genişləndirir

Dünya
25 oktyabr 2026 367 baxış
Tehran Vaşinqtona Hörmüz boğazı ilə bağlı yeni təklif göndərdi

Tehran Vaşinqtona Hörmüz boğazı ilə bağlı yeni təklif göndərdi

Dünya
25 oktyabr 2026 367 baxış
"Pirelli" təqvimində Hindistan gözəlliyi

"Pirelli" təqvimində Hindistan gözəlliyi

Dünya
25 oktyabr 2026 367 baxış
Rəngarəng yürüş mərhumların xatirəsinə həsr edilib

Rəngarəng yürüş mərhumların xatirəsinə həsr edilib

Dünya
25 oktyabr 2026 367 baxış
"Saudi Aramco" və hava limanları vuruldu

"Saudi Aramco" və hava limanları vuruldu

Dünya
25 oktyabr 2026 367 baxış
Pekində fəlakət bölgəsində xilasetmə və bərpa işləri gücləndirilir

Pekində fəlakət bölgəsində xilasetmə və bərpa işləri gücləndirilir

Dünya
25 oktyabr 2026 367 baxış
Madriddə minlərlə insan pensiya sisteminin özəlləşdirilməsinə qarşı çıxıb

Madriddə minlərlə insan pensiya sisteminin özəlləşdirilməsinə qarşı çıxıb

Dünya
25 oktyabr 2026 367 baxış
Böyük Britaniya niyə 2030-cu ilə hazırlaşır? - Baku TV

Böyük Britaniya niyə 2030-cu ilə hazırlaşır? - Baku TV

Dünya
25 oktyabr 2026 367 baxış
Seçilmişlər
icon