Çindən ABŞ-yə xəbərdarlıq | Nəticələr ağır olacaq!
"Dinc şəkildə yaşamaq vacibdir, çünki Çin və ABŞ kimi iki böyük güc arasındakı yarana biləcək potensial münaqişə və qarşıdurmaların nəticələri ağır ola bilər".
Bunu Çinin xarici işlər naziri Van Yi 14-cü Ümumçin Xalq Nümayəndələri Konqresinin 2-ci sessiyası çərçivəsində keçirilən mətbuat konfransında deyib.
"Qaliblik üzərində qurulmuş əməkdaşlıq bizim ortaq məqsədimizdir, çünki Çin və ABŞ birgə fəaliyyətlə bir-biriləri və dünya ölkələri üçün faydalı işlər görə bilər. Lakin Ağ Evin rəsmi Pekinə qarşı olan yanlış təsəvvürü hələ də özünü göstərməyə davam edir və rəsmi Vaşinqtonun verdiyi vədlər yerinə yetirilmir. ABŞ Çini sıxışdırmaq üçün müxtəlif yollara əl atır və birtərəfli sanksiyaların siyahısını gündən-günə daha da uzadır. ABŞ-nin bizə qarşı irəli sürdüyü ittihamlar pik həddə çatıb", – deyə o bildirib.
#Çin teqi istifadə olunub
- Bakı-Pekin münasibətlərində yeni mərhələ - Baku TV
- Çin-İran-Rusiya oxu güclənir? - Səfəvinin Pekin səfəri ilə bağlı diqqətçəkən məqamlar - Baku TV
- Çin-İran-Rusiya oxu güclənir?
- Qağayıların gəlişi Kunmində ənənəvi müşahidə mövsümünü başladıb
- Asma məbədin möhtəşəm nümayişini 250 mindən çox insan izləyib
