Çinli alimlər elə bir qurğu yaratdı ki... | 2050-ci ilə qədər nələr baş verəcək?
Yeniliklərdən dərhal xəbərdar olun
Çin "süni günəş" yaratmaq məqsədilə 21-ci əsrin ortalarına qədər təmiz enerji əldə etmək üçün nüvə sintezi texnologiyasını tətbiq etməyi hədəfləyir.
“Bloomberq”də yayılan məlumatda qeyd olunur ki, termonüvə sintezi ulduzların daxilindəki reaksiyaları təqlid edərək, enerjinin ayrılması ilə yüngül nüvələrin birləşməsi prosesidir.
Nüvə parçalanmasından fərqli olaraq, bu, radioaktiv tullantılar əmələ gətirmir. 2023-cü ildə Çin Milli Nüvə Korporasiyası “süni günəş” yaratmaq üçün 240 milyon dollar sərmayə cəlb edən “China Fusion Corp”u təsis edib.
Alimlər tərəfindən yaradılan qurğu plazmanı saxlamaq üçün maqnit sahəsindən istifadə edən bir cihaz olan tokamakdır. Layihənin 2050-ci ilə qədər tamamlanacağı gözlənilir.
