Çinlilər növbəti dəfə dünyanı şoka saldı | Kişilərin üzü gülür, qadınlar isə...
Yeniliklərdən dərhal xəbərdar olun
Çində qeyri-adi bir xidmət sürətlə populyarlaşır: tənha qadınlar yad kişilərlə qucaqlaşmaq üçün onlara pul ödəyirlər.
Qadınların sözlərinə görə, bir neçə dəqiqəlik fiziki təmas onlara stresdən qurtulmağa və özlərini heç olmasa qısa müddətlik də olsa dəstəklənmiş hiss etməyə kömək edir. Qucaqlanma xidmətinin qiyməti beş dəqiqə üçün 7 dollar, təxminən 12 manat təşkil edir.
Yerli sakinlərdən biri sosial şəbəkədə paylaşdığı hekayədə bildirib ki, dissertasiya yazmaqdan yaranan gərginliyi azaltmaq üçün bu xidmətdən istifadə edib. "Məni qucaqlayanda özümü təhlükəsizlikdə hiss edirəm", – deyə qadın etiraf edib.
Başqa bir qadın isə bu xidmətə gərgin iş günündən sonra müraciət etdiyini deyib. O qeyd edib ki, qısamüddətli söhbət onu daha da motivasiya edib.
Adətən belə görüşlər ictimai yerlərdə baş tutur. "Qucaqlaşma mütəxəssisi" ilə metro stansiyalarında və ya ticarət mərkəzlərində görüşmək mümkündür.
#Çin teqi istifadə olunub
- Pekində fəlakət bölgəsində xilasetmə və bərpa işləri gücləndirilir
- H2-X avtomobil qaldırır, mürəkkəb hərəkətlər edir
- 3690 metr uzunluğundakı tras meşəlik dərələrdən keçir
- Çində baş tutacağı gözlənilən üçtərəfli görüş müsbət nəticələnə bilərmi? - ƏSAS XƏBƏR
- ABŞ-nin Mərkəzi Asiya planında Azərbaycana hansı rol ayrılır? - AKTUAL GÜNDƏM
