Pleyeri seçin:

Conson Sergey Lavrovla görüşünün təfərrüatını yazdı | Bir-birinin ardınca siqaret çəkən…

14 oktyabr 2024 405 baxış

Böyük Britaniyanın keçmiş baş naziri (2019–2022) “Azad olunmuş” adlı xatirələr kitabında 2017-ci ildə Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşünün təfərrüatını yazıb.

Həmin vaxt Boris Conson xarici işlər naziri vəzifəsini tuturdu və bu, Britaniyanın xarici işlər nazirinin son beş ildə Rusiyaya ilk səfəri idi. Səfər uzun müddətə təxirə salınmışdı. S.Lavrov 2016-cı ilin dekabrında B.Consonu Moskvaya dəvət etmişdi, lakin 2017-ci ilin aprelində London səfəri Rusiyanın Suriya Prezidenti Bəşər Əsədi dəstəkləməyə davam etdiyi üçün ləğv etmişdi. Nəticədə B.Conson 2017-ci ilin dekabrında Rusiyaya gələ bildi.

B.Consonun sözlərinə görə, Suriyadakı vəziyyət görüşün əsas mövzularından biri olmalı idi.

“Mənim səfərimin məqsədi odur ki, bir kənarda oturub, bir-birimizdən şikayət etmək olmaz. Biz əməkdaşlığı gücləndirə biləcəyimiz sahələri axtarmalı və tapmalıyıq”, – deyə B.Conson S.Lavrovla birgə mətbuat konfransında bildirmişdi.

Oktyabrın 10-da dərc olunan xatirələrində B.Conson yazır ki, o, Moskvaya “yaxşı bir şey olacağına çox inamsız” şəkildə getmişdi, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən yeganə Rusiya idi ki, Londonla ardıcıl dialoqu yox idi.

O, S.Lavrovu belə təsvir edir: “Ucaboy, bir-birinin ardınca siqaret çəkən, yarıerməni, tünd və özündən məmnun”.

B.Conson qeyd edir ki, S.Lavrov çarlıq dövründən bəri Rusiyanın ən uzun müddət vəzifədə olan xarici işlər naziridir:

“Dövrümüzün Qromıkosu – sofistliyi, qaçaqlığı və yalanları ilə Rusiyanın xarici siyasətinin yorucu təcəssümü”.

“Mən Ser Gey deyiləm“ Sergey (Lavrov) biz əl sıxışanda dedi: “Ser Geylər sizin Xarici İşlər Nazirliyindədir“. Rusiya naziri görüşə belə başladı.

Banal ikitərəfli görüş sözün əsl mənasında qızmar şam yeməyi ilə davam etdi. S.Lavrov məni alovlu kaminin qarşısında oturmağa məcbur etdi, o qədər isti idi ki, məndən tər axdı, sanki o, Viktoriya məktəbində sinif yoldaşına əzab verən sinif nümayəndəsi idi.

Görüş heç bir nəticə vermədi. Biz Suriya və ya Ukrayna ilə bağlı heç bir razılaşmaya yaxın deyildik və mən Aleksandr Litvinenkonun adını çəkəndə o, xaç çəkdi və gülümsədi. Dedi ki, İsanı yəhudilər öldürdü, lakin bu o demək deyil ki, biz İsraillə münasibətdən əl çəkməliyik.

Əsas fakt ondan ibarət idi ki, Rusiya iyirmi il əvvəlkindən çox fərqli bir yerdə idi. O, artıq sadəcə məğlub olmuş Soyuq müharibə gücü deyildi”, – deyə B.Conson yekunlaşdırıb.

Banner
Müttəfiqlər yollarını ayırır? | Tramp İsrailə maliyyə dəstəyini niyə dayandırır? - Baku TV

Müttəfiqlər yollarını ayırır? | Tramp İsrailə maliyyə dəstəyini niyə dayandırır? - Baku TV

Dünya
05 noyabr 2026 405 baxış
Ağ Ev rəhbəri seçkilərdə məğlubiyyətin səbəbini izah edib

Ağ Ev rəhbəri seçkilərdə məğlubiyyətin səbəbini izah edib

Dünya
05 noyabr 2026 405 baxış
İnsanabənzər meymunların tarixi düşündüyümüzdən fərqli ola bilər

İnsanabənzər meymunların tarixi düşündüyümüzdən fərqli ola bilər

Dünya
05 noyabr 2026 405 baxış
Lixtenşteyn şahzadəsi gürcü aristokratla evləndi

Lixtenşteyn şahzadəsi gürcü aristokratla evləndi

Dünya
05 noyabr 2026 405 baxış
Türkiyədə 9 metr dərinlikdə sirli qalıqlar aşkarlanıb

Türkiyədə 9 metr dərinlikdə sirli qalıqlar aşkarlanıb

Dünya
05 noyabr 2026 405 baxış
Prokurorluq Tsarukyanın həbs müddətinin daha 3 ay uzadılması üçün məhkəməyə müraciət edib

Prokurorluq Tsarukyanın həbs müddətinin daha 3 ay uzadılması üçün məhkəməyə müraciət edib

Dünya
05 noyabr 2026 405 baxış
Tramp Avropanın gələcəyini sual altına alıb

Tramp Avropanın gələcəyini sual altına alıb

Dünya
05 noyabr 2026 405 baxış
Monteneqro və Albaniya NATO-dan kömək istəyib

Monteneqro və Albaniya NATO-dan kömək istəyib

Dünya
05 noyabr 2026 405 baxış
Tehran iqtisadi mübarizədən, Vaşinqton isə hərbi təhdiddən danışır

Tehran iqtisadi mübarizədən, Vaşinqton isə hərbi təhdiddən danışır

Dünya
05 noyabr 2026 405 baxış
Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Dünya
05 noyabr 2026 405 baxış
Seçilmişlər
icon