Pleyeri seçin:
Dağıntılar altında qalanlar ələ salındı
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə baş verən güclü zəlzələ nəticəsində dağıntılar altında kömək gözləyən insanlara zəng edərək onları məsxərəyə qoyan 2 nəfər saxlanılıb.
Belə ki, onlardan biri 17 yaşlı Selman Altunbaş Kahramanmaraş şəhərində zəlzələ nəticəsində dağıntılar altında qalan şəxslərə zəng edərək özünü xilasetmə əməkdaşı kimi təqdim edib. Daha sonra dağıntılar altında qalanları xilas edəcəyini bildirib və gülərək həmin insanları ələ salıb.
Həmin səs yazısı qısa zamanda sosial şəbəkələrdə geniş yayılıb və insanlar tərəfindən qınaqla qarşılanıb. Bununla bağlı İstanbul şəhərində Türkiyə polisi tərəfindən həyata keçirilən axtarış nəticəsində Selman Altunbaş və daha bir nəfər saxlanılıb. Hazırda araşdırmalar davam edir.
Kopyalandı
#Türkiyə teqi istifadə olunub
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
