Daha 2 kənd ələ keçirildi | Rusiya MN-dən açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Ordusu Donetskdə Zelyonıy Qay, Dnepropetrovskda isə Maliyevka yaşayış məntəqələrini nəzarətə götürüb.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Ukrayna Ordusu isə Sumı vilayətinin Kondratyevka yaşayış məntəqəsini işğaldan azad edib.
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiyanın Sumı vilayəti ilə bağlı planını pozmaq mümkün olub:
“Lakin bu bölgə ruslar üçün prioritet ərazilərdən biri olaraq qalır. Bizim qüvvələrimiz ardıcıl olaraq Rusiyanın sərhəd bölgəsindən Sumıya dərin irəliləyiş cəhdlərinin qarşısını alır. Həmçinin biz Rusiya ərazisində əməliyyatları davam etdiririk”.
Qeyd edək ki, təkcə son 24 saat ərzində 51 silahlı toqquşma baş verib. Cəbhə bölgəsinin bütün istiqamətlərində şiddətli döyüşlər davam edir.
#Volodimir Zelenski teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək? - Baku TV CANLI
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Trampın təzyiqi, Putinin şərtləri, Zelenski üçün ağır seçim - AKTUAL GÜNDƏM
