Daha bir rusiyalı general öldürülüb
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna rəsmiləri rusiyalı general-leytenant Oleq Tsokovun Zaporoje regionunun cənubundakı Berdyansk şəhərində öldürülməsi ilə bağlı məlumat yayıb.
Mariupol şəhərinin ukraynalı meri Vadim Boiçenkonun müşaviri Petro Andruşçenko O.Tsokovun iyulun 11-də Berdyansk ərazisində öldürüldüyünü qeyd edib.
“2022-ci ilin sentyabrında o, artıq yaralanmışdı, lakin sağ qalmışdı”, – deyən P.Andruşçenko qeyd edib ki, rusiyalı komandirin öldürülməsi missiyası artıq tamamlanıb. Ukrayna Ali Radasının üzvü Yuri Misiagin də generalın qətlə yetirilməsinə münasibət bildirib.
“11 iyul 2023-cü il tarixində, cənubda, işğal altındakı Berdyansk ərazisində rusiyalı general-leytenant Oleq Yuriyeviç Tsokov öldürülüb. Britaniyanın “Storm Shadow” raketi onu dəqiq ziyarət edib”, – deyə Y.Misiagin bildirib.
Qeyd edək ki, Böyük Britaniya sözügedən raketləri Ukraynaya 2023-cü ilin mayında tədarük edib.
