"Daily Mail" Epşteynin KQB ilə əlaqəli ola biləcəyi barədə iddia irəli sürüb
Yeniliklərdən dərhal xəbərdar olun
Böyük Britaniyanın "Daily Mail" qəzeti kəşfiyyatdakı adı açıqlanmayan mənbələrə istinadla amerikalı maliyyəçi Ceffri Epşteynin guya KQB ilə əlaqəli ola biləcəyi barədə iddia irəli sürüb.
Nəşrin versiyasına görə, Epşteyn öz qurbanlarından kompromat toplamaq məqsədilə istifadə edib və bu fəaliyyət “dünyanın ən iri tələ əməliyyatlarından biri” kimi qiymətləndirilib.
Məqalədə bildirilir ki, Epşteyn qadınları öz şəbəkəsinə cəlb etməklə guya KQB-nin tapşırığı ilə fəaliyyət göstərib.
Bununla yanaşı, "Daily Mail" iddiaları səsləndirən kəşfiyyat mənbələrinin hansı ölkəyə aid olduğunu dəqiqləşdirmir.
Eyni zamanda yazıda Epşteynin İsrail üçün də işləyə biləcəyi ehtimalı irəli sürülür. Lakin nəşr etiraf edir ki, maliyyəçinin Rusiya rəhbərliyi və ya xüsusi xidmət orqanları ilə əlaqəsini təsdiqləyən heç bir sənədli sübut mövcud deyil.
#Böyük Britaniya teqi istifadə olunub
- Hörmüz boğazının açılması Avropa üçün prioritetə çevrilib - Baku TV
- Fırtına nəticəsində 2 nəfər ölüb, 90 min ev işıqsız qalıb
- Böyük Britaniyada 1500-dən çox aviareys təxirə salınıb, fırtına 82 min evin elektrik təchizatını kəsib
- Londondan müharibə xəbərdarlığı
- Böyük Britaniya mümkün müharibəyə hazırlıq üçün konkret zaman müəyyənləşdirib - Baku TV CANLI
